Vergi ödəyicisi hansı kreditor borclarını ƏDV Məlumat formasında qeyd etməlidir? (1-ci yazı)
Xəbər verdiyimiz kimi, ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər. Son gün olaraq bu gün təqdim olunacaq Məlumat forması ilə bağlı həmkarlarımızdan gələn sualları ümümiləşdirirək gün ərzində üç yazı təqdim edəciyik.
İlk olaraq, Vergi ödəyicisinin avans və kreditor borcları haqqında məlumatların təqdim olunmasına aydınlıq gətirək. “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın adından göründüyü kimi, vergi ödəyiciləri debitor borclar yanaşı alınmış avanslar üzrə kreditor borcları haqqında məlumat təqdim etməlidir.
Fikrimizi iki misalla izah edək.
Misal 1. "A" MMC 15 dekabr 2019-cu il tarixdə digər vergi ödəyicisindən elektron qaimə-faktura, elektron vergi-hesab faktura və s. sənədlər təqdim olunmaqla 3000 manatlıq mal alıb. Amma malların ödənişi 31 dekabr 2019-cu il tarixə kimi tam həyata keçirilmədiyi üçün "A" MMC-nin qarşı tərəf olan "B" MMC-ə 2 000 manatlıq kreditor borcu yaranıb.
Açıqlama: "A" MMC debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasında hər hansı məlumat təqdim etməyəcək. "B" MMC isə Məlumat formasında "A" MMC-yə olan 2 000 manatlıq debitor borcunu qeyd edəcək.
Misal 2. "A" MMC-yə 20 dekabr 2019-cu il tarixdə təqdim olunacaq mallara görə "B" MMC-dən 3000 manatlıq avans ödəniş daxil olub. Malların təqdim olunması 31 dekabr 2019-cu ilə qədərə həyata keçirilmədiyindən "A" MMC-nin alınmış avans borcları üzrə kreditor borcu yaranıb.
Açıqlama: "A" MMC debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasında 3000 manatı avans üzrə kreditor borclarında qeyd edəcək.
Sual yarana bilər ki, 1 yanvar 2020-ci il tarixdən ƏDV tutulan əməliyyatların aparıldığı vaxt kassa metoduna keçirilməsi halında niyə avans üzrə kreditor borclar Məlumat formasında qeyd olunmalıdır? Çünki, həmin mallar üzrə ödənişlərin 2020-ci il tarixdə daxil olması nəzərdə tutulmayıb. Yəni, "A" MMC üçün qeyd edilən əməliyyat üzrə hər hansı ƏDV-nin hesablanması öhdəliyi yaranmayacaq. Amma nəzərə alsaq ki, həmin mallara üzrə elektron qaimə-faktura 2020-ci ildə təqdim olunması gözlənildiyindən gələcəkdə vergi orqanları tərəfindən əlavə sualların yaranmasına səbəb ola bilər. İkinci misalımızın davamı olaraq, fərz edək ki, vergi ödəyicisi 15 fevral 2020-ci ildə malların təqdim olunması həyata keçirildiyindən elektron qaimə-faktura da həmin tarixdə təqdim olunacaq. Vergi orqanı həmin elektron qaimə-fakturanın avans məbləği üzrə təqdim olunması haqqında məlumatlı olmadığı üçün vergi nəzarəti tədbirləri zamanı müəyyən sualların yaranması gözləniləndir. Amma vergi orqanında təqdim olunan məlumat formasında "A" MMC-nin 3000 manatlıq avans üzrə kreditor borcu haqqı qeyd edildiyi halda, əlavə suallar da yaranmayacaq.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın