Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi zamanı hansı problem yaranır?
"Həmkar dəstəyi" rubrikası
Hər zaman həmkarlarına dəstək verən mks.az saytı yeni rubrikaya start verir. Rubrikamızda saytımıza müraciət edən həmkarlarımızın sahibkarlıq fəaliyyəti zamanı qarşılaşdığı cətinliklər haqqında məlumat verəciyik. Dövlət qurumlarının dəstəyi ilə həmin problemlərin həll yoluna çalışacıyıq.
Ötən günü Maliyyə Nazirliyinin 2017-ci ilin maliyyə fəaliyyətinin auditin həyata keçirilməməsi səbəbinə görə tətbiq etdiyi cərimələr haqqında məlumat vermişdik.
http://mks.az/accounting/publications/item/10737-maliyy%C9%99-nazirliyi-t%C9%99r%C9%99find%C9%99n-sahibkarlar-%C3%BC%C3%A7%C3%BCn-yeni-c%C9%99rim%C9%99-dal%C4%9Fas%C4%B1.html
Bu günki yazımızda, vergi ödəyicilərinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatının tətbiqi zamanı yaranan problem haqqında məlumat verəciyik. Saytımıza müraciət edən həmkarlarımız bildirir ki, yeni nəsil nəzarət-kassa aparatının quraşdırılması zamanı operatorlar şirkətindən tərəfindən NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin edilmə həyata keçirilmir. Operator şirkətləri həmkarlarımıza bildiriblər ki, müvafiq dövlət qurumlarından qeydiyyat kitabının nümünəvi formalarınlın alınmasına problemlər yaranıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilən “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarına əsasən 7.2.25-ci maddəsinə əsasən, Operatorun vəzifələrinə vergi ödəyicisini öz imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək, habelə istifadəçilərdə saxlanılan texniki xidmət jurnalında göstərilən servis-texniki xidmətlər barədə müvafiq qeydlər aparılması həvalə olunub.
Bundan əlavə, Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə əsasən, vergi ödəyicisi istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməli, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmalı və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməlidir.
Nəzarət kassa aparatının xarab olduğu zaman, vergi ödəyicisinin Vergi Məcəlləsinin 16.1.10-cu maddəsində nəzərdə tutulan qaydada pul hesablaşmalarının qeydiyyatının aparmamasına görə maliyyə sanksiyaları mövcüddür. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların pozulması zamanı aşağıdakı cərimələr tətbiq edilir:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnanırıq ki, Vergilər Nazirliyinin dəstəyi ilə nəzarət kassa aparatının operatorları tərəfindən yeni nəsil kassa aparatların verilməsi zamanı NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabın da təqdim edilməsi problemi aradan qaldırılacaq.
"Əmək qanunvericiliyi Toplusu və Şərhlər: 2020" və "Vergi qanunvericiliyi Toplusu və Şərhlər: 2020" kitabı 10 yanvar 2020-ci il tarixindən satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın