ƏDV-nin əvəzləşdirilməsinə əsas verən 3 VACİB MƏQAM hansıdır?

ƏDV-nin əvəzləşdirilməsinə əsas verən 3 VACİB MƏQAM hansıdır?

Anar Bayramovun müəllifi olduğu və satışı başa çatan "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

İndi isə büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV-nin hesablanmasına təsir edən amilləri nəzərdən keçirək. ƏDV ödəyicisi əDVni əvəzləşdirməsi üçün, təbii ki, ƏDV ödəyicilərinə mal satmalı və iş (xidmət) göstərilməlidir ki, əvəzləşdirməyə əsas verən elektron vergi hesabfaktura təqdim etsin.

ƏDV-nin əvəzləşdirilməsi üçün aşağıdakı tələblər gözlənilməlidir:

Malların idxalı istisna olmaqla, həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə elektron vergi hesab-faktura olmalıdır.

İzahat: Gömrükdə malların idxalı zamanı ƏDV-nin hesablanması gömrük orqanları tərəfindən həyata keçirildiyi üçün, həmin orqan elektron vergi-hesab faktura təqdim etmir. Buna baxmayaraq,  həmin ƏDV-nin əvəzləşdirilməsinə icazə verilir. Deməli, gömrük orqanı istisna olmaqla, ƏDV-nin əvəzləşdirilməsi halının yaranması üçün qarşı tərəf də əDV ödəyicisi olmalıdır. Çünki sadələşdirilmiş vergi ödəyiciləri, ƏDV ödəyicisi olmayan fiziki və hüquqi şəxslər və vergi qeydiyyatı olmayanlardan malların, iş və xidmətlərin alınması zamanı həmin şəxslərin EVHF təqdim etmək hüquqları olmadığı üçün, həmin şəxslərlə biznes münasibətlərində ƏDV-nin əvəzləşdirmək hüququ yaranmır.

Əvəzləşdirmə üçün vergi ödəyicisi nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələri ƏDV-nin depozit hesabına etməlidir.
İzahat: Göründüyü kimi, vergi ödəyicisi nağd qaydada əsas məbləği ödəyərsə, o zaman həmin məbləğ əvəzləşdirilə bilməz. Daha bir variant kimi, əsas məbləğlə birlikdə ƏDV-ni də bank hesabına ödəyərsə, o zaman 
da əvəzləşdirilə bilməz. Mütləq qaydada, əsas məbləğ bank hesabına, ƏDV isə depozit hesabına ödənilməlidir.
Sual yaranır ki, əDV ödəyicisi mütləq əDV depozit hesabına və mütləq öz ƏDV depozit hesabından ödəniş etməlidir?
Vergi qanunvericiliyində konkret elə bir tələb yoxdur ki, ƏDV depozit hesabına ödənişlər mütləq elə depozit hesabından olunmalıdır. O səbəbdən də, vergi ödəyicinin əDV depozit hesabında vəsait olmadıqda, bank hesabından da ƏDV depozit hesabına ödəniş edə bilər.

1 Komment

  1. Xəyalə 05 Dekabr 2020

    Salam size bir sual vermek isteyirem.Menim qardawim otelde iwleir.ora gelen müşteriler odeniw edir ve çeki goturmur.qardawim o çekleri götürub getirse biz qeydiyatdan kecib istifade etsek oturar hesabımıza?yoxsa ancaq öz odeniw elediyimiz çekler olmaldi?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər