- 0 Komment
- 18 Sentyabr 2019
İşəgötürənlərə əlillərlə bağlı kvota necə müəyyən edilir?
20 sentyabr 2019-cu il tarixdə satışda olacaq "Əmək Münasibətləri: A-dan Z-yə" kitabının 7-ci nəşrindən seçmə
Əlillərin sosial müdafiəsi təkcə dövlət qaşısında yox, eyni zamanda hər bir vətəndaş qarşısında qoyulan bir öhdəlikdir. Bu istiqamətdə dövlət tərəfindən müxtəlif normiv hüquqi aktlar qəbul edilib, çoxlu proqramlar həyata keçirilib. Bununla bağlı “Əlillərin sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli, 284 nömrəli qanun da qəbul edilib. Bu qanunda əlillərin sosial müdafiəsi haqında müxtəlif tələblər, öhdəliklər, vəzifələr qoyulub. Bütün bunlarla yanaşı, müxtəlif suallar da yaranır.
- Əlillər işləyə bilər?
- Əlillərin işləməsi üçün hüquqi şəxslərə tələblər qoyulub?
- Bütün hüquqi şəxslər əlilləri işlə təmin etməlidir?
Suallara cavab vermək üçün 22 noyabr 2005-ci il tarixli, 213 nömrəli "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına nəzər yetirməliyik.
Əlillər sosial müdafiəyə ehtiyacı olan şəxslərdir və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilir. Əlilləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu kvota daxilində təmin etməlidir. Deməli, istənilən kommersiya qurumuna əlillərin işləməsi üçün kvota təyin olunub.
Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlillərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahıları nəzərə alınır.
Kvotalar aşağıdakı kimi təyin edilir.
- Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
İndi isə bunları misallar üzərində nəzərdən keçirək...
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın