- 0 Komment
- 10 Sentyabr 2019
Altay Cəfərovun təqdimatında: "Pərakəndə və topdansatış ticarət fəaliyyətinin oxşar və fərqli xüsusiyyətləri "
Son vaxtlar vergi ödəyiciləri və mühasiblər pərakəndə və topdansatış ticarət fəaliyyətlərində vergi öhdəlikləri, uçot və hesabatlılıq məsələləri ilə bağlı bir sıra suallarla üzləşirlər. Sərbəst auditor Altay Cəfərov öz qeydlərində diqqəti topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə tələblərə, bu sahədə vergi ödəyicilərinin öhdəliklərinə, həmin ticarət fəaliyyətlərində vergitutma baxımından diqqət yetirilməli olan məqamlara yönəldir.
Vergi Məcəlləsinin 13.2.62.-ci və 13.2.63-cü maddələrində hər iki fəaliyyətin termin kimi tərifləri verilib: 13.2.62-ci maddəyə görə, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-ci maddəyə görə, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Hər iki ticarət fəaliyyətinin eyni, oxşar və fərqli xüsusiyyətləri var.
Oxşar xüsusiyyətlər:
- Hər ikisi ticarət fəaliyyətidir.
- Hər ikisi istehsal fəaliyyəti deyildir (istehsal, xidmət və ticarət fəaliyyətləri ayrı-ayrı növlərdir).
- Hər ikisində mallar alıcıya təqdim edilir.
- Hər ikisində malları təkcə birbaşa ticarət obyektində yox, səyyar formada da satmaq olar.
Fərqli xüsusiyyətlər:
- Pərakandə ticarətdə mallar son istehlak məqsədilə, topdansatışda isə sahibkarlıq məqsədilə satılmalıdır. Daha doğrusu, alıcı pərakəndə ticarətdə malları ancaq son istehlak məqsədilə, topdansatışda isə sahibkarlıq məqsədilə alır.
Pərakəndə ticarətdə mallar satılanda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, topdansatışda isə elektron qaimə-faktura (EQF) və ya elektron vergi hesab-fakturası (e-VHF) verilməlidir. Bəzi xüsusi hallarda alıcının tələbi ilə də pərakəndə ticarətdə EQF və ya e-VHF verilməlidir. Amma burada əsas məqsəd alıcının aldığı malların son istehlak məqsədilə olmasıdır.
Oxşar və fərqli xüsusiyyətlərin müəyyənləşdirilməsində xüsusi bir çətinlik görünmür. Amma bir xüsusiyyət - hər iki fəaliyyətdə satılan malların hansı məqsədlə satılması məsələsi həmişə qaranlıq qalır. Yəni malların son istehlak və ya sahibkarlıq fəaliyyəti məqsədilə satılması ödəyicilər üçün aydın olmayan məqamlardandır.
İndi isə bu iki vacib anlayışın fərqlərinə baxaq. Pərakəndə ticarətdə alıcılar, adətən, aldıqları malları son istehlak, yəni şəxsi məqsədlər üçün istifadə edirlər: onlara nəzarət-kassa aparatının çeki və qəbz verilir. VÖEN olmadığına görə onlara EQF və ya e-VHF verilə bilməz. Hətta vətəndaşlar məbləğə məhdudiyyət qoyulmadan külli miqdarda və ya məbləğdə mallar ala bilərlər. Yəni vətəndaşların vergi ödəyicisi kimi qeydiyyatı olmadığına görə, ilkin aldıqları malları sonradan VÖEN alaraq satması ümumiyyətlə praktiki deyildir.
İkinci əsas məsələ VÖEN-i olan vergi ödəyicisinin malları alanda həmin malları son istehlak məqsədilə alıb-almamasıdır. İstənilən vergi ödəyicisi şəxsi istehlak (son istehlak) məqsədilə az, çox, xeyli və külli miqdarda və ya məbləğdə mal ala bilər.
Fəxriyyə İkramqızı
Mənbə: Vergiler.az
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın