Vergilər Nazirliyinin elektron qaimə fakturanın təqdim olunması ilə bağlı müəmmalı cavabı (3 MÖVQE)
Vergilər Nazirliyi vergi ödəyicilərinin pərakəndə satış fəaliyyəti zamanı elektron qaimə-faktura təqdim edilməsi halı ilə bağlı suala müzakirələrə səbəb olunacaq cavab verib.
Vergi ödəyicisinin mövqeyi: Həmkarımız Nicat Məhərrəmli pərakəndə ticarətlə məşğul olan sadələşdirilmiş vergi ödəyici kimi fəaliyyət göstərir. Nicatın vergi orqanlarına müraciət etdiyi sualdan aydın olur ki, vergi ödəyici topdansatış yoxsa pərakəndə satış üzrə fəaliyyət göstərməsi ilə bağlı sualına dəqiq cavab tapa bilmir: "Mənim illik dövriyyəm 200 000 manatdan azdır. ona görə də yalnız sadələşdirilmiş vergi ödəyicisi ola bilərəm. Artıq 6 ay keçməsinə baxmayaraq, yenə də bəzi vergi məmurları mənim səhv etdiyimi deyirlər. Deyirəm ki, 200 000 manatdan az dövriyyəm var, təşkilatlar alış-verişi yalnız elektron qaimə tələb edərək edirlər. lakin bu tək-tək, pərakəndə satılan mallardır. Mən Topdansatışçı deyiləm və ola da bilmərəm. Nə mal qalığım, nə də dövriyyəm buna imkan vermir. Əvvəl deyirlər ki, bir 10 qəpiklik şey satsan belə, əgər sən elektron qaimə yazırsansa, artıq topdansatış hesab olunur, mənim izahatımdan sonra isə heç bir şey demədən gedirlər. İndi mən bilmirəm, bu qanunda qeyri müəyyənlik var, yoxsa bu bəzi məmurlar işi düzgün qiymətləndirə bilmirlər. Məncə onlar düzgün qimətləndirə bilmirlər. Qanunda hər şey aydın ifadə olunub."
Vergi orqanın cavabı: Vergi orqanları bu suala cavab olaraq bildirib ki, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı topdansatış fəaliyyəti hesab olunur: "Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, dövriyyədən, mal qalığının həcmindən asılı olmayaraq topdansatış fəaliyyəti malların qarşı tərəfin sahibkarlıq fəaliyyəti üçün təqdim olunmasıdır."
Mks.az saytının mövqeyi: Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində qeyd olunur ki, pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilə bilər. Deməli, vergi qanunvericiliyində pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə fakturanın verilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Digər məsələ odur ki, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi necə müəyyən edə bilər ki, qarşı tərəf aldığı malları sahibkarlıq fəaliyyəti üçün istifadə edəcək ya yox. Fikrimizcə, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdə bu nüanslar nəzərə alınmalıdır və pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-fakturanın təqdim olunması onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu məhdudlaşdırmamalıdır.
Hörmətli həmkarlar, qeyd edilən məsələ ilə bağlı fikirləriniz maraqlıdır...
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
2 Komment
Hikmət M 22 Avqust 2019
Qurunun oduna yaş da yandı məsələsidir.Sahibkar öncəgörən olmalıdır ki,alıcının aldığı malı təkrar satacağını qabaqcadan görsün...
Akif, Şirinov, 29 Avqust 2019
Mənim fikrimcə Pərakəndə satışla məşğul olan(sadələşdirilmiş vergi ödəyicisi)hüquqi və fiziki şəxs (qanunda nəzərə alınmalıdır.)istehlakçılara elektron qaimə-faktura veməməlidir.(istehlakçılar E-qaimə faktura tələb etməməlidirlər,edirlərsə deməli sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.Onlar ödədikləri pula nə qədər hansı maldan aldıqlarını və hansı qiymətə aldıqlarını bilmək üçün yalnız kopiya çek tələb etsinlər. Bununla da onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları bilinsin.
Şərh yazın