İcarə münasibətləri ilə bağlı 3 VACİB sualın cavabı
"Vergi uçotu: A-dan Z-yə" kitabıdan seçmələr
Hüquqi şəxsə ödənilən icarə haqqı haqqında məlumat vergi orqanına verilməlidir?
“Ödəmə mənbəyində tutulan vergi bəyannamə”sinin 1606.1.2-ci sətirində, həmçinin Sadələşdirilmiş vergi bəyannaməsinin 2 saylı əlavəsində hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı haqqında məlumatlar qeyd edilməsi tələb olunmur. Baxmayaraq ki, Vergi Məcəlləsində hüquqi şəxslərə ödənilən icarə haqqından ödəmə mənbəyində verginin tutulmasına icazə verilmir. Misal. “A” MMC-nin ofisinin yerləşdiyi “Kaspi Plaza” ya aylıq olaraq 1 000 manat icarə haqqı ödəyir. Bu zaman “A” MMC ödəmə mənbəyinən tutulan vergi bəyannaməsində “Kaspi Plaza” nın VÖEN-ni qeyd etməklə ödənişlər haqqında məlumat verməlidir.
İcarə fəaliyyətinə görə ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçən vergi ödəyiciləri ƏDV qeydiyyatına durmalıdır?
Vergi orqanı ardıcıl 12 aylıq dövriyyəsi 200 000 manatı keçən hüquqi şəxs olan vergi ödəyicilərinin məcburi qaydada əDV uçotuna alınmasını tələb edirlər. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. O səbəbdən də, fiziki şəxslər ƏDV uçotuna alınmırlar, amma hüquqi şəxslərin icarə üzrə fəaliyyəti 200 000 manatdan çox olarsa, onda mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də ƏDV ödəyicisi olacaqlar.
İcarə fəaliyyəti ilə məşğul olan şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilər?
Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Amma əmlakı icarə verən şəxsin, misal üçün pərakəndə ticarət üzrə fəaliyyəti olarsa, bu zaman, Vergi Məcəlləsinin 221.7-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddəyə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, Vergi Məcəlləsinin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu zaman əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın