Sosial hesabatı təqdim etməyin 5 ADDIM formasında izahı

Sosial hesabatı təqdim etməyin 5 ADDIM formasında izahı

"Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə (Zəruri qeyd: Kitabda addımlar şəkillərdən istifadə olunmaqla təqdim edilib)

 Fərdi sahibkarlar sosial hesabatların 2 növünü təqdim edirlər:

- Fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə görə;

- İşçisi olduğu halda əmək haqqı göstəricilərinə əsasən.

Onlayn rejimdə hesabatın təqdim olunmasını addım-addım izah edək:

1-ci ADDIM: Vergi ödəyicisi “Yeni bəyannamə” bölməsindən “Məcburi dövlət sosial sığortası üzrə hesabatı seçməlidir.

2-ci ADDIM: Fiziki şəxsin hesabat dövrü ərzində fəaliyyəti olmayıbsa, o halda hesabat boş təqdim olunarsa, “Arayış hesabatı” bölməsindən “Bəli” cavabı seçilməlidir. Əgər hesabat dövrü ərzində fəaliyyət olubsa, o zaman “Arayış hesabatı” bölməsində “Xeyr” cavabı qeyd olunmalıdır.

3-cü ADDIM: Fərdi sahibkar məcburi dövlət sosial sığorta ayırmaları məqsədləri üçün fəaliyyət növünün kodu seçilməlidir. Rüb ərzində hər hansı fəaliyyəti olmayıbsa, o zaman “Arayış hesabatında’ “Bəli” seçilir. Rüb ərzində fəaliyyət olubsa, “Bəli’ və  kod seçildikdən sonra aşağıda “Növbəti bölmə” seçilərək növbəti bölməyə keçilir.

4-cü ADDIM: Bu bölmədə artıq vergi ödəyicisinin fəaliyyəti üzrə fəaliyyətləri qeyd olunur. Aşağıdakı şəkildə Bakı şəhərində fəaliyyət göstərən, fəaliyyəti 730 koduna uyğun fərdi sahibkarın göstəriciləri qeyd olunub. Yanvar və fevral aylarında minimum əmək haqqı 130 manat olduğundan hesablanmış məbləğ avtomatik olaraq 26 manat (130 manat x 20 faiz), 1 mart 2019-cu ildən etibarən isə, minimum əmək haqqı 180 manat olduğu üçün 36 manat (180 manat x 20 faiz) qeyd ediib.

Əgər fərdi sahibkarın fevral ayında fəaliyyəti olmayıbsa, o zaman “Fəaliyyətim olmayıb” bölməsində qeyd edəcək və artıq fevral ayından fəaliyyət olmadığı qeyd olunduğu üçün avtomatik olaraq həmin məbləğ “26” yox, “0” kimi qeyd ediləcək.

Fərdi sahibkar ticarət fəaliyyəti göstərirsə, təbii ki, onun üçün hesablanmış məcburi dövlət sığorta haqları fərqli olacaq: Ticarət fəaliyyətində 20 faiz yox, 50 faiz həcmində məcburi dövlət sosial sığorta ayırması hesablandığı üçün, məbləğlər də 65 (130 x 50 faiz) manat və 90 (180 x 50 faiz) manat olacaq.

5-ci ADDIM: Fərdi sahibkar “Hesabatı hazırla” düyməsini sıxdıqdan sonra ekranda aşağıdakı məlumatlar əks olunur: Hesabatı təqdim etdikdən sonra “Göndərdiklərim” bölməsində əks olunur, ancaq “Təsdiqləndi” qeydi mütləq görünməlidir.

"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. MIKAYL 13 İyul 2019

    BUNDAN QABAQ KI VERSIYADA DSMFya ODENILAN VESAITI HESABATDA GORMEK OLURDU.VESAITI ODEDIKDEN SONRA BAXIB GORURDUNKI PUL CATIB YA YOK..AMA INDI NE ELEKTRON HOKUMET DSMF PORTALINDA NE VERGI INTERNET SISTYEMINDA DSMF UZRE ODEDIYIN PULARI GORMEK NEZARET ETMEK OLMUR,GONDERDIYIN HESABATIN ICINDEDA YOKDUR...VERGI INTERNET SISTEMINDA VERGIYA ODENISLERI QAYDASINDA IZLEMEK OLUR,AMA DSMF(VERGI SISTEMINDA) UZRE BAS ACMAQ OLMUR.BEZAN BU GUN ODEDIYIN 1 AYDAN SONRA SISTEMDA GORUNUR.KAS BAS

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər