Cari vergi ödəməsi arayışında cari rüb üzrə, yoxsa artan yekunla GƏLİR qeyd olunmalıdır? (ARAŞDIRMA)

Cari vergi ödəməsi arayışında cari rüb üzrə, yoxsa artan yekunla GƏLİR qeyd olunmalıdır? (ARAŞDIRMA)

1 yanvar 2019-cu il tarixdən vergi ödəyicilərinə xidmət göstərən fiziki və hüquqi şəxslərin məcburi olaraq müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi olması səbəbindən “cari vergi ödəmələrin hesablanması haqqında” Arayış formasının təqdim olunmasında artım qeydə alınıb. Qeyd edək ki, cari ildən gəlir və ya mənfəət vergisi ödəyiciləri olan şəxslər Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq arayışı təqdim edirlər.

2-ci rüb üzrə Arayışı təqdim edən vergi ödəyiciləri arasında gəlirdə hansı məbləğin qeyd olunması haqqında iki fikir formalaşıb:

Birinci qrup vergi ödəyiciləri hesab edirlər ki, arayışda yalnız 2-cü rüb üzrə olan gəlir və ya mənfəət (xərclər çıxıldıqdan sonra) qeyd olunmalıdır.

İkinci qrup isə Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə istinadən hesab edirlər ki, “əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanmalıdır. O səbəbdən, arayışda I və II rüb üzrə gəlirlər toplanaraq qeyd edilməlidir. Vergi orqanı şəxsi hesaba məlumat işləyən zamanı 1-cü rüb üzrə cari vergi ödəməsini  hesablanan məbləğdən çıxaraq qeyd etməlidir”.

Mks.az saytı məsələ ilə bağlı həm ekspertlərin, həm də vergi orqanlarında çalışan şəxslərin fikirlərini öyrənib.

Ekspertlər bildiriblər ki, birinci yanaşmaya uyğun olaraq arayış təqdim olunması doğrudur. Cünki məlumatlar şəxsi hesaba avtomatik yox, əllə qeyd edildiyi üçün, 1-ci rübün cari vergi ödəməsi nəzərə alınmaya bilər. Bu halda vergi orqanı şəxsi hesaba işlənmə zamanı hər iki rübün məlumatlarını qeyd edərsə, əlavə penya hesablanması riski var. Əgər vergi orqanı 1-ci rübün cari vergi ödəməsini nəzərə almaqla şəxsi hesaba işlənmə apararsa, bu zaman dəqiqləşdirmiş arayış təqdim olunacaq.

Vergi orqanının məsul vəzifədə çalışan işçisi isə bildirib ki, Vergi Məcəlləsinin tələbi arayışda artan yekunla məlumatın təqdim olunmasıdır: “Vergi orqanının əməkdaşları da qəbul edir ki, təqdim edilən əksər arayış formasında yalnız 2-ci rübün məlumatları qeyd olunub. O səbəbdən, şəxsi hesaba arayışdakı gəlir qeyd edilir. Amma vergi ödəyicilərinə tövsiyə edirik ki, Məcəllənin tələbləriniə uyğun formada arayışı hazırlayaraq təqdim etsinlər”.

Mks.az saytı olaraq, düşünürük ki, ən uyğun variant 2-cü rübün arayışında artan yekunla məbləğin qeyd olunması və  şəxsi vərəqini daimi izləməsidir. Cünki vergi orqanlarının nəzarət tədbirləri zamanı arayışda 2-cü rüb üzrə cari vergi ödəməsinin qeyd olunması səbəbindən  Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq vergi azadılmasına görə 50 faiz maliyyə sanksiyası tətbiq etmək riski var.

"Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər