Elektron qaimə-faktura ilə bağlı 3 fərqli halın izahı

Elektron qaimə-faktura ilə bağlı 3 fərqli halın izahı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”ı təsdiq edilib. Qaydalarda elektron qaimə fakturanın tərifi aşağıdakı kimi verilib: “Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.”

Elektron qaimə-fakturanın qarşı tərəfə nə vaxt təqdim olunmasına gəlincə, praktikada bəzi vergi ödəyicilərinin malın dəyəri ödənilən kimi, bəzilərinin isə ödənişdən sonra ən çoxu 3 iş günü ərzində elektron qaiməfaktura göndərdiyinə rast gəlirik. İndi isə qanunvericilikdə müddətlə bağlı nələr yazıldığını nəzərdən keçirək. Qeyd etdiyimiz qaydalarda elektron qaimə-fakturanının təqdim olunması ilə bağlı konkret tələb qoyulmasa da, qeyd olunur ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

Misal. “A” MMC digər vergi ödəyicisinə 300 manatlıq dəftərxana ləvazimatının satışının həyata keçirir. Tərəflər arasında razılaşmaya görə, şirkət müqavilə imzalayır, alıcı dəyərini ödədikdən sonra satıcı malları 3 gün ərində təqdim etməlidir. Fərz edək ki, ödəniş 30 aprel 2019-cu ildə həyata keçirilib, mallar isə 2 may 2019-cu ildə təqdim olunub. Bu zaman elektron qaimə-faktura 2 may 2019-cu ildə təqdim olunmalıdır və hesablama metodu ilə gəlir də həmin tarixə hesab ediləcək.

2-ci hala baxaq. Fərdi sahibkar Məmmədov Rəfael tərcümə xidməti ilə bağlı “A” MMC ilə müqavilə bağlayır. Müqavilənin şərtlərinə görə, Məmmədov Rafael 25 may 2019-cu il tarixdə keçirilən tədbirdə sinxron tərcümə xidməti göstərəcək. Müqavilənin dəyəri 2 000 manatdır. Müqavilənin şərtlərinə görə, “A” MMC 10 iş günü ərzində ödənişi həyata keçirməlidir. “A” MMC 2 iyun 2019-cu ildə ödənişi həyata keçirməsinə baxmayaraq, fərdi sahibkar elektron qaimə-fakturanı qarşı tərəfə 25 may 2019-cu il tarixdə göndərməlidir.

3-cü hala baxaq. Fərdi sahibkar Həsənov Şahin qarşı tərəfləolan müqaviləsinə əsasən, vergi qanunvericiliyinin ekspertizasını həyata keçirir. Müqavilənin məbləği 3 000 manat olsa da, razılaşmaya əsasən, fərdi sahibkara müqavilə imzalandıqdan 3 gün sonra, ilkin olaraq 1 000 manat ödəniş olacaq. Qalan 2 000 manat müqavilə başa çatdıqdan sonra həyata keçiriləcək. Fərdi sahibkar avans kimi daxil olan 1 000 manat üçün elektron qaimə-faktura təqdim etməyəcək. Cünki AVANS məbləğ üçün elektron qaimə-faktura təqdim olunması qanunvericilkdə nəzərdə tutulmayıb. Fərdi sahibkar xidməti təhvil verdikdən sonra, 3 000 manatlıq elektron qaimə-faktura təqdim etməlidir

 "Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu",  "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər