Natiq Şirinovla Emin Səttarov arasında əvəzləşdirmə məsələsində fikir ayrılığı
Emin Səttarov: “Bu səbəbdən də həmin vergi ödəyiciləri ƏDV-ni tam olaraq əvəzləşdirir”
Natiq Şirinov: “Bu tip vergi ödəyiciləri ixrac zamanı 0 (sıfır) dərəcə ilə apardığı əməliyyatları əvəzləşdirə bilməz”
Vergi məsələləri üzrə ekspert Emin Səttarov Milli Mühasiblər Forumunda kənd təsərrüfatı malları üzrə güzəştlərin tətbiqi ilə bağlı maraqlı məqama toxunub: “Kənd təsərrüfatı məhsullarının istehsalçıları məhsullarını daxili bazara çıxarmaqdan daha çox xaricə (Rusiya və s.) ixrac edir. Beləliklə, kənd təsərrüfatı məhsullarının ixracı nəticəsində qıtlıq yarandığıdndan daxili bazarda məhsulların qiyməti artmış olur. Təklifim odur ki, kənd təsərrüfatı məhsullarının ölkəmizdə satışı ilə məşğul olan vergi ödəyicilərinə güzəştlər tətbiq olunsun. Amma həmin məhsulların ixracı zamanı tam məbləğ mənfəət vergisinə cəlb olunsun. Bundan əlavə, Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının ixracı 0 (sıfır) dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur. Bu səbəbdən də həmin vergi ödəyiciləri ƏDV-ni tam olaraq əvəzləşdirir. Təklif odur ki, ixracla məşğul olan vergi ödəyicilərinə kənd təsərrüfatı üzrə güzəştlər tətbiq olunmasın.”
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bu məsələ ilə bağlı bildirib ki, ixracı təşviq etmək dövlətin əsas maraqlarından biridir: “Qeyri-neft sektoru üzrə ixrac olunan vəsaitlərin 3 faizi həcmində vəsait vergi ödəyicilərinə geri qaytarılır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının güzəştlərinə gəlincə isə, 1 yanvar 2019-cu il tarixdən etibarən, güzəşt əldə edən vergi ödəyicilərinə gəlirlərinin bəyan edilməməsinə görə 6 faiz həcmində maliyyə sanksiyası nəzərdə tutulur. Bu maliyyə sanksiyası 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək. Kənd təsərrüfatı məhsullarınnın istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olması onlarda yanlış fikir yaratdıb ki, vergi orqanına hər hansı bəyannamə verməməlidirlər. Amma Vergi Məcəlləsində belə bir istisna yoxdur ki, bu tip şəxslər vergi bəyannaməsi verməsinlər. Bu səbəbdən də bu tip vergi ödəyicilərinə 1 il vaxt verildi ki, uçotlarını qaydasına salsınlar. Artıq növbəti ildən bəyannamə təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyası gündəmdədir. Hazırda 400 000 minə yaxın kənd təsərrüfatı məhsullarının istehsalçısı subsidiya alır, amma bazamızda təxminən 86 min şəxs qeydiyyatdan keçib. Bu fərq də bir göstəricidir ki, kənd təsərrüfatı sahəsində uçot bərbad vəziyyətdədir. İxracla bağlı fərqli yanaşma qoyulmasını yox, uçotun bərpasını məqsədəuyğun hesab edirəm. Əlavə dəyər vergisinin əvəzləşdirilməsinə gəlincə isə, kənd təsərrüfatı istehsalçıları ixrac zamanı 0 (sıfır) dərəcə ilə apardığı əməliyyatları əvəzləşdirə bilməz. Əvəzləşdirmək hüququ olan şəxslər kənd təsərrüfatl istehsalçıları yox, bu malların alğı-satqısı məşğul olan şəxslərdir ki, onlara da hər hansı güzəşt nəzərdə tutulmayıb.”
"Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Gəlirdən çıxılan və çıxılmayan xərclər" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın