İcarə münasibətlərində ciddi problem

İcarə münasibətlərində ciddi problem

 Emin Səttarov : “Fikrimcə, bu cür rəsmiləşdirmənin aparılması qanunsuzdur”

 Natiq Şirinov: “Dəyişikliklər paketində bu məsələni də müzakirəyə çıxardacam”

 Vergi məsələləri üzrə ekspert Emin Səttarov Milli Mühasiblər Forumunda icarə məsələrinə toxunub: “Əksər vergi ödəyiciləri sahibkarlıq fəaliyyətinin həyata keçirmək üçün icarə münasibətlərindən istifadə edir. Vergi ödəyicisi icarəyə götürdükləri obyektlə bağlı cari və əsaslı təmir həyata keçirir. Amma Vergi və Mülki Məcəllənin tələblərinə uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilmir. Mülki Məcəllənin 680-ci maddəsinə əsasən, icarəyə götürən obyekti təhvil verdikdə icarəverəndən təmir xərclərini tələb edə bilər. Bu səbəbdən də, icarəyə götürən təmir xərclərini gəlirdən çıxılan xərclərə aid edə bilmədiyinə görə 20 faiz həcmində vergi yükü yaranır. Bu prossesin bir həlli də odur ki, icarəyə götürən vergi ödəyicisi təmir xərclərini rəsmiləşdirmir. Bəzən vergi ödəyiciləri bu cür təmir xərclərini kapital xarakterli xərc kimi rəsmiləşdirib əsas vəsaitin qalıq dəyərinin üzərinə gələrək amortizasiya edirlər. Fikrimcə, bu cür rəsmiləşdirmənin aparılması qanunsuzdur. Təklifim ondan ibarətdir ki, Vergi Məcəlləsində icarəyə götürülən obyektin təmir xərcinin illik icarə məbləğinin müəyyən faizi həcmində məhdudlaşdırmaqla gəlirdən çıxılmasına icazə verilsin.”

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinovun fikrincə, bu problem daha çox qısamüddətli icarə münasibətlərində özünü göstərir: “Vergilər Nazirliyinə icarəyə götürülən əmlakın təmir xərclərinin Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq, gəlirdən çıxılan xərclərə aid edilib-edilməsi ilə bağlı çoxlu sorğular gəlir. Bildirim ki, icarə münasibətləri uzunmüddətlidirsə və icarəyə verilən əsas vəsaiti icarəyəgötürən öz balansına götürübsə, təmir xərclərinin məhdudlaşdırma nəzərə alınmaqla gəlirdən çıxılmasına icazə verilir.  Vergi Məcəlləsinə ediləcək dəyişikliklər paketində bu məsələni də müzakirəyə çıxardacam.”

 "İcarə münasibətləri", "Əsas vəsaitlər",  "Elektron qaimə-faktura"  və s. bölmələrin də olduğu 

“Vergi uçotu: A-dan Z-yə” kitabı 12 iyun tarixdən ARTIQ SATIŞDA

768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk) 

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

Vergi incə sənətdir,  sənətkar olmağa az qaldı 

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85  vəya [email protected]

1 Komment

  1. Nail 24 İyun 2019

    Salam . Natiq Şirinovun bu cümləsindəki -Bildirim ki, icarə münasibətləri uzunmüddətlidirsə və icarəyə verilən əsas vəsaiti icarəyəgötürən öz balansına götürübsə, təmir xərclərinin məhdudlaşdırma nəzərə alınmaqla gəlirdən çıxılmasına icazə verilir - Müəssisə necə icarəyə götürdüyü əsas vəsaiti öz balansına götürə bilər ki ?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər