İlk olaraq mks.az-da: Vergilər Nazirliyindən xüsusi nəzarət planı
Təcrübədə rast gəlinən halların biri də vergi ödəyicilərinin vergi uçotunda olmayan şəxslərlə biznes münasibətlərin qurulmasıdır. Vergi ödəyiciləri xidmət müqaviləsi ilə çalışan şəxslərə ödəmələr verərkən, ödəmə mənbəyində vergi (14 faiz) və sosial ayırma (25 faiz) tutaraq dövlət büdcəsinə ödəyirlər. Vətəndaşlardan mal alarkən isə, demək olar ki, hər hansı vergi öhdəliyi yaranmır və prosses "Malların Alış Aktı" sənədi ilə rəsmiləşdirir. Düzdür, 1 yanvar 2019-cu il tarixdən edilən dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmalıdır. Bu mallara kənd təsərrüfatı məhsulları, əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları və utilizasiya məqsədləri üçün işlənmiş şinlər daxildir. Amma bu malların dövriyyəsi də kifayət yüksək deyil, həmçinin kənd təsərrüfatı məhsulları ilə bağlı ziddiyətli məsələ var.
Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Amma bu məlumatla bağlı hər hansı bəyannamə vəya xüsusi arayış forması yoxdur yəni standart forma olmalıdır. Bu səbəbdən də vergi orqanları vergi ödəyiciləri tərəfindən təqdim edilən VÖEN-siz şəxslərlə bağlı məlumatları tam emal edə bilmirləir. mks.az saytının əldə etdiyi məlumata əsasən, vergi orqanları tərəfindən artıq AVİS proqramında xüsusi tapşırıq hazırlanması prossesi gedir. Hazırlanan yeni forma vasitəsiylə vergi ödəyiciləri bu cür əməliyyatlar zamanı ödəniş etdiyi şəxslərin göstəricilərini təqdim edəcək. Artıq AVİS proqramında bu məlumatlar emal olunacaq, müəyyən edilən dövriyyədən çox şəxslərlə bağlı bildiriş (notification) vergi orqanının məsul şəxsinin diqqətinə çatdırılacaq. Bu zaman vergi orqanı artıq həmin şəxslə bağlı xüsusi araşdırma aparacaq ki, yüksək dövriyyəsi olan şəxs niyə vergi uçotunda qeydiyyata alınmadan sahibkarlıqla məşğul olub. Əgər həmin şəxs malların ona aid olduğunu sübut edə bilməzsə, bu zaman vətəndaşa qanunsuz sahibkarlıq ilə bağlı cəzalar tətbiq oluna bilər. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmcinin, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilənləri nəzərə alaraq, vergi ödəyicilərini bu məsələdə diqqətlə cağırıq. Əks halda, əməkdaşlıq etdiyiniz vergi uçotunda olmayan şəxsi hətta 6 ayadək müddətə azadlıqdan mərhum etmə cəzası da gözləyə bilər.
0 Komment
Şərh yazın