Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirənlər üçün HESABATLIĞLA bağlı VACİB 3 ADDIM(Forma və misallarla)

Sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirənlər üçün HESABATLIĞLA bağlı VACİB 3 ADDIM(Forma və misallarla)

Xəbər verdiyimiz kimi, 01 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb.  Belə ki, Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum edilirlər:

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; - xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər.

Sadələşdirilmiş verginin ödəyicisi olmasına məhdudiyyət qoyulan fiziki və hüquqi şəxslər 1 yanvar 2019-cu ildən müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

 Sadələşdirilmiş vergi ödəyici olmaq hüququni itirən vergi ödəyiciləri hesabatlıqla bağlı aşağıdakı 3 addım atmalıdır:

BİRİNCİ ADDIM:

Vergi ödəyicisi Vergi mükəlləfiyyətini fəaliyyətinə uyğun olmadığı halda qeydiyyatda olduğunuz vergi orqanına vergi mükəlləfiyyətinin dəyişdirilməsi barədə sərbəst formada ərizə ilə müraciət etməlidir. Bunun üçün online kargüzarlığa daxili olaraq, “Sair” ərizəsini seçməklə Ərizə ilə müraciət etməlidir:

---------------------------------------------------------------------------------------------------------

Hörmətli Vergi Orqanı

Vergi Məcəlləsinin 218.5-ci maddəsinin tələblərinə uyğun olaraq, 01 yanvar 2019-cu il tarixindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququm məhdudlaşdırılıb.

Xahiş edirik, vergi mükəlləfiyyətimi sadələşdirilmiş vergidən gəlir (hüquqi şəxs olduqda mənfəət) vergisinə dəyişdirilməsini təmin edəsiniz.

Hörmətlə,

----------------------------------------------------------------------------------------------------

Bu müraciətdən sonra vergi oqranı  fiziki və ya hüquqi şəxs olan vergi ödəyicinin mükəlləfiyyətini müvafiq olaraq gəlir vəya mənfəət vergisinə dəyişəcək.

İKİNCİ ADDIM: 

Vergi ödəyicisi  Gəir vergi ödəyicisi olduğu üçün,  I rüb üzrə cari vergi ödəməsi haqqında arayış təqim etməlidir. Bunun üçün, BTP vəya online kargüzarlıqdan istifadə edilir. Ərizə formasında olduğu kimi, bunun üçün online kargüzarlığa daxil olaraq, “cari vergi ödəmələrin hesablanması haqqı arayış” bölməsinə daxil olmalıdır.

DİQQƏT: Vergi Məcəlləsinin  151.3. –ci maddəsinə  əsasən, vergi ödəyicisi hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Diqqət yetirin ki, sadələşdirilmiş vergi ödəyicisi ayın 20-sinə qədər hesabatı verməli olduğu halda, cari vergi ödəmələri haqqın arayışı ayın 15-nə kimi təqdim edilməlidir.

ÜÇÜNÇÜ ADDIM:

İndi isə cari vergi ödəmələrinin hesablanması misalla izah edək. 

Vergi ödəyicisi cari vergi ödəmələri haqqında arayışında 2019-cu ilin 1-cü rüb üzrə gəlir və xərcləri haqqında məlumatı təqdim etməlidir.  

01 yanvar 2019-cu il tarixdə gəlir vəya mənfəət vergisi ödəyicisi olan vergi ödəyiciləri “İl ərzində seçdiyi metodun" növü” qrafasının qarşısında 151.5-ci maddəsini seçməlidir.

Bir məsələyə diqqət yetirmək lazımdır ki, 01 yanvar 2019-cu il tarixdən gəlir vəya mənfəət vergisi ödəyicisi olan hansı uçot metodu ilə işləyəciyini bəyan etməlidi:  Kassa yoxsa Hesablama metodu.

Əgər vergi ödəyicisi Kassa metodunu seçərsə, bu zaman rüb ərzində bank  hesablarına və kassaya daxil olan vəsaiti GƏLİR kimi tanınmalıdır. Xərclər də faktiki ödənişləri göstərməlidir.

Hesablama metodunu seçdiyi halda isə, bu zaman rüb ərzində görülən iş və xidmətlərə vəya təhvil verilən mallara görə  GƏLİR kimi tanınmalıdır. Xərclər də hesablama metodu ilə hesalanmalıdır.

Daha aydın olması üçün misalla müraciət edək. Fiziki şəxs olan vergi ödəyicisi  mart ayı üzrə sosial ayırma məbləği olaraq – 36 manatı aprelin 2-sində həyata keçirib. Kassa metodu ilə yanaşsaq, bu ödəniş 2-ci rübün xərcinə aid ediləcək. Amma hesablama metodu ilə yanaşsaq  sosial ayırma ödənişi aprel ayında ödənilməsinə baxmayaraq, 1-ci rüb üzrə xərc kimi tanınır.

Xərclərlə bağlı qeyd etmək istəyirik ki, dövlət, notarius və bank xidmətlərinin ödənişləri ilə bağlı elektron qaimə- faktura tələb olunmur. Amma hər hansı vergi ödəyicisinə ödəniş həyata keçirmisinizdə, mütləq olaraq elektron qaimə-faktura tələb etməlisiniz ki, həm maliyyə sanksiyası tətbiq olunmasın həm də, xərci kimi tanıya bilərsiniz. 

İndi isə misalla, cari vergi ödəməsinin hesablanmasını izah edək: Vergi ödəyicisinin 2019-ci ilin I rübündə gəliri 3200 manat- xərci 1000 manat olub. Bu zaman vergi ödəyicisi cari vergi ödəməsi aşağıdakı halda hesablanır:

 1-cü rüb üzrə hesablanan gəlir: 3 200 manat

1-ci rüb üzrə hesablanan xərc: 1 000 manat

1-cü rüb üzrə hesablanan mənfəət: 2200 (3200 manat -1000 manat) manat

Mənfəət (gəlir) vergisi (20 faiz) – 440 manat (2200 manat x 20 faiz-  vergi dərəcəsi)

Mikro sahibkarlıq subyekti olduğu halda güzəşt (75 faiz) nəzərə alınmaqla cari vergi məbləği – 110 manat (440 manat x 25 faiz (75 faizlik güzəşt nəzərə alınmaqla)

Görünüdüyü kimi, misalımıza uyğun olaraq, vergi ödəyicisinin cari vergi ödəməsi 110 manat təşkil edir. Həmçinin, Vergi Məcəlləsinn 151.5.2-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. Vergi Məcəlləsinin bu maddəsi vergi ödəyicisinə əsasən verir ki, cari vergi ödəməsi kimi hesablanan 110  manat əvəzinə minmum 82.50 manat (110 manat x 75 faiz) ödəyə bilər. Amma vergi ödəyicisi 80 manat ödəyə bilməz, cünki Vergi Məcələsinin 151.5.2-ci maddəsində “75 faizindən az olmamalıdır” ifadəsi işlədilib.

Təbi ki, vergi ödəyiciləri istərsə, cari vergi ödəmələrini 100 faiz yəni 110 manat da həyata keçirə bilər. Onsuz da yekun gəlir (vergi) bəyannaməsi zamanı həmin kəsiri odəmək lazım olacaq.

Sonda bildirmək istəyirik ki, mks.az saytı məqsədi həmkarlarımıza dəstək vermək olduğu üçün, cari vergi ödəmələrin hesablanması və təqdim olunması ilə bağlı hər hansı problem olarsa, müraciət edə bilər. Saytımızn ekspertləri ÖDƏNİŞSİZ olaraq həmkarlarımıza dəstək verməyə hazırdır.

 Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

 

3 Komment

  1. Elmir 02 Aprel 2019

    sadələşmiş vegi ödəyicisi mağazada quraşdırılmış reklam avadanlığı üçün pul alır.Qarşı tərəf həmin ödənişin ödənməsi üçün mağazadan qaimə yazımağını tələb edir.Həmin qarşı tərəf hüquqi şəxsdir.Sual ondan ibarətdir ki, əgər mağaza həmin qaiməni yazsa sadələşmiş vergi ödəyicisi hüququnu itirir?

  2. Elvin 02 Aprel 2019

    Kassa metodu secdiyimiz zaman, dekabr ayi ucun yanvarda ödənilən dsmf və vergi məbləğləri 1-ci rübün xərcləri kimi nəzərə alınmalıdırmı?

  3. Elcin Mestiyev 04 Aprel 2019

    Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən və Gəlir vergisinə keçən fiziki şəxs mikrosahibkardır.151.5 ə görə arayışı vergi orqanına təqdim edəndə 75 faiz azadolmanı göstərməyə bir qrafa yoxdur.bu halda nə etməliyik? İkinci sualım isə,gəlir vergisi ödəyicisi olan fiziki şəxs fevral ayında fəaliyyətini dondurub.bunun üçün gəlir vergisi hesabatı təqdim etməlidir 1 ay ərzində.BTP də 75 faiz azadolma bölməsi yoxdur deyə proqram 20 faiz gəlir vergisi olaraq hesablayır.Halbuki fiziki şəxs mikrosahibkardır.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər