Nağdsız dövriyyənin mənfəət vergisinin hesablanmasına təsirinin MİSALLA izahı
Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın və hüquqi şəxslərin büdcəyə ödənilməli olan gəlir və mənfəət vergisinin məbləğinin 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılması nəzərdə tutulur.
İqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişikliyin - nağdsız dövriyyə üçün POS-terminaldan istifadəni və sadələşdirilmiş verginin ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəyicisi olmaq üçün keçid prosesini stimullaşdırmaq kimi iki əsas məqsədi var: "Birinci məqsədlə bağlı iki məqama diqqət yetirilməlidir: güzəşt tətbiq olunan dövriyyə dedikdə, sırf POS-terminallar vasitəsilə aparılan dövriyyə əsas götürülür. Yəni hər hansı şəxsin bank hesablaşması vasitəsilə ödənişinə bu güzəşt tətbiq edilməyəcək. İkinci məqam odur ki, güzəştin tətbiqi zamanı POS-terminalla ödəniş edən şəxsin vergi uçotuna alınmaması, yəni əhalidən olması mütləq şərtdir.
İkinci məqsədə - sadələşdirilmiş vergi ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəciyisi olmaq üçün keçid prosesini stimullaşdırmaq məsələsinə gəlincə, Vergi Məcəlləsinə əsasən, ardıcıl 12 ay üzrə dövriyyəsi 200 min manat təşkil edən pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergini tətbiq edə bilərlər. Bu dövriyyəni keçən pərakəndə satışla məşğul olan şəxslər sadələşdirilmiş vergi hüquqlarını itirsələr də, ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar 2 faiz deyil, 8 faiz vergi ödəməklə sadələşdirilmiş verginin ödəyicisi hüququnu saxlaya bilərlər".
Qeyd olunub ki, güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə daha az gəlir və ya mənfəət vergisi ödəmək imkanı qazandırır:
"Nağdsız dövriyyəyə əsasən tətbiq edilən güzəşti daha aydın anlamaq üçün bir misala müraciət edək: Pərakəndə ticarətlə məşğul olan "AA" MMC-nin ümumi gəliri 2.000 manat olub. Həmin gəlirin 1.500 manatı nağdsız, 500 manatı nağd formada həyata keçirilib. Sahibkarın xərcini 1.200 manat hesab etsək, yekun gəlir 800 (2000-1200) manat təşkil edəcək. Nağdsız dövriyyə ilə bağlı güzəşti tətbiq etmədiyimiz halda, "AA" MMC-nin hesablanmış mənfəət vergisi 160 (800 x 20 faiz) manat təşkil etməlidir.
İndi isə güzəştin tətbiq olunacağı halda mənfəət vergisini hesablayaq. Əvvəlcə nağdsız dövriyyənin xüsusi çəkisini tapırıq: (1.500 manat (nağdsız dövriyyə) /2.000 manat (ümumi gəlirə)) = 0,75.Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyənin xüsusi çəkisinə 25 faizlik güzəşt faizini tətbiq edirik: 0,75 (nağdsız dövriyyənin xüsusi çəkisi) x 25 faiz (tətbiq olunan güzəşt) =0,1875. İndi isə güzəşt tətbiqi nəticəsində alınan xüsusi çəkiyə uyğun mənfəət vergisinə tətbiq edilən güzəşt məbləğini hesablayaq: 160 (mənfəət vergisi) x 0,1875 (güzəşt tətbiq etməklə alınan xüsusi çəki) = 30 manat. Göründüyü kimi, "AA" MMC-nin nağdsız dövriyyəyə güzəştinin tətbiqi nəticəsində formalaşan mənfəət vergisi 30 manat azalaraq 130 (160 (mənfəət vergisi) - 30 (güzəşt məbləği) manat təşkil edir.
Fəxriyyə İKRAMQIZI
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
RUFAT 21 Fevral 2019
salam.men eyani tehsil alan telbeyem gunde 3-4 saat volsopetla restoranlardan musterilera yemek dasiyiram,ordan mena her saata gore bir neca manat pul odenir,,men indi Sabit vergi odeyigisi olmaliyam ya adi xidmet muqavilesi ile islemeliyem 20% yoksa isci kimi restoranda ise daxil olmaliyam?..sax lun
Şərh yazın