Emin Səttarovdan həyəcan təbili: “Bəzi ekspertlərin bu cür rəsmiləşdirilmə təklifi vergi ödəyicisini maliyyə sanksiyasından azad etmir”

Emin Səttarovdan həyəcan təbili: “Bəzi ekspertlərin bu cür rəsmiləşdirilmə təklifi vergi ödəyicisini maliyyə sanksiyasından azad etmir”

Vergi məsələləri üzrə ekspert Emin Səttarov vergi ödəyicisinin sahibliyində olan, amma sənədi olmayan malların rəsmiləşdiriməsi ilə bağlı maraqlı nüansa toxunub. Ekspert bildirib ki, son zamanlar bəzi vergi mütəxəssisləri vergi ödəyicilərinə sənədsiz mallara görə Vergi Məcəlləsinin 58.8-ci madddəsinin tələblərinə uyğun maliyyə sanksiyalarının tətbiq olunmaması ilə bağlı təklif verirlər: “Vergi ekspertləri qeyri-rəsmi olaraq vergi ödəyicilərinə bildiriblər ki, sənəsdiz malları qiymətləndiricinin sənədi əsasında rəsmiləşdirin. Həmin vergi ekspertləri iddia edirlər ki, bu şəkildə rəsmiləşdirilən mallara görə vergi orqanı maliyyə sanksiyası tətbiq edə bilməyəcək.”

Emin Səttarov hesab edir ki, bu cür rəsmiləşdirmə vergi ödəyicisini sənədsiz mallara görə məsuliyyətdən azad etmir: “Vergi Məcəlləsinin 58.8- ci maddəsinə əsasən, qiymətləndiricinin sənədi olmasına baxmayaraq malların alış sənədi olmadığına görə həmin sahibkarlara maliyyə sanksiyası tətbiq olunacaq. Məcəlləyə əsasən digər hallar da baş verəcək.”
Qeyd edək ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsi aşağıdakı kimidir:
58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;
58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;
58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA


(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər