Malların təhvil-qəbul aktı: Sahibkara əlavə yük yoxsa ehtiyac olunan sənəd?

Malların təhvil-qəbul aktı: Sahibkara əlavə yük yoxsa ehtiyac olunan sənəd?

Malların topdansatış müəssisələrindən pərakəndə satış nöqtələrinə verilməsi zamanı Malların Təhvil-Qəbul Aktının təqdim olunub-olunmaması, əgər təqdim olunmaldırsa, hansı tərəfin sənədindən istifadə olunması məsələsilə bağlı saytımıza həmkarlarımızdan daxil olan (qeyd edək ki, onların içərisində böyük təchizatçı şirkətlərin nümayəndələri də var) müraciətlər bizi bu mövzuda araşdırma yazısı hazırlamağa vadar etdi. Saytımızn eksperti Anar Bayramovun araşdırması geniş əks-səda doğurdu, redaksiyamıza müxtəlif reaksiyalar gəlməyə başladı,  oxucularımız öz mövqelərini bizimlə bölüşməyə başladılar. Maraqlı olduğunu, sağlam müzakirə prinsiplərinə əsaslandığını nəzərə alaraq onlardan bir neçəsini Sizə təqdim edirik. Qeyd edək ki, məsələ ilə bağlı rəsmi mövqeni öyrənmək üçün Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifova müraciət etmişik, cavabı alan kimi saytımızda təqdim edəcəyik.

Aydın Salamov: “E-qaimədəki dəyişiklik aktla əsaslandırılmalıdır”

 Daimi oxucumuz Aydın Salamov malların alıcıya təhvil verilməsi zamanı adıçəkilən aktın doldurulmasını məqsədəuyğun sayır və fikrini belə əsaslandırır: “Bir məqama diqqətinizi çəkmək istəyirəm. Malların Təhvil-Qəbul Aktı (MTQA) blankının mətninə baxdıqda (məsələn, 2-ci bənd, orda yazılıb: “cədvəldə əks etdirilənlər istisna olmaqla”) görürük ki, bu MTQA cədvəli malın alıcıya təhvil verildiyi zaman da doldurulmalıdır. Əgər təhvil verilən malda hər hansı kənarlaşmalar varsa, cədvəldə hər iki tərəfin iştirakı ilə qeyd olunaraq, 2 nüsxədə imzalanmalı, əks halda isə boş (Z-lə işarə olunmaqla) təqdim edilməlidir. Burada məqsəd e-qaimədə ediləcək dəyişikliyin hər iki tərəfin imzaladığı rəsmi sənədlə - MTQA ilə əsaslandırılmasıdır”.

 Müşfiq Muxtarov: “Aktın kim tərəfindən tərtibi vəziyyətdən asılı olaraq dəyişə bilər…”

 Dəyərli Oxucumuz Müşfiq Muxtarov hesab edir ki, mübahisələrə son qoyulması üçün Maliyyə Nazirliyi tərəfindən müvafiq açıqlamanın verilməsi vacibdir: “Hörmətli mks.az saytı, çox sağ olun açıqlamaya görə. Bu məsələ ilə bağlı Maliyyə Nazirliyinin müvafiq orqanları heç bir açıqlama vermədiyinə görə belə vəziyyət yaranır. Digər tərəfdən, o da doğrudur ki, Vergilər Nazirliyi vergi uçotunun dolğunluğunu və dürüstlüyünü təmin etmək üçün sənədləşməni elektronlaşdırıb və vergi məqsədləri üçün gəlirlərin və xərclərin uçotu üçün kifayət qədər əsaslı şəkildə tələb edir. Lakin burada bir şeyi nəzərə almaq lazımdır ki (özünüz də məqalədə vurğulamısınız), vergi uçotu üçün tələb olunan sənədlər heç də başqa qanunlara əsasən qəbul olunan sənədləri rədd etməməlidir. Məsələn, xidmət sahəsində xidmət təqdim edildikdə, e-qaimədə müqavilə və Xidmətlərin təhvil-təslim aktı (heç bir ciddi hesabat forması yoxdur) qeyd edilir. Eləcə də, məsələn, tikinti sahəsində «Forma № 2»də qeyd oluna bilər. Yəni, göstərdiyiniz qaydalarda "...topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir" sözündə özünüz cavabı tapa bilərsiniz. "Belə malların anbara təhvil verilməsi...", yəni böyük, orta, kiçik topdansatış obyektlərinə, adətən (təhtəlhesab şəxsdən vəkalətnamə əsasında malların qəbul edilməsindən başqa) malları kim təhvil verir? Əlbəttə ki, istehsal və ya pərakəndə ticarətlə məşğul olan şəxslər. Digər təfədən, Malların təhvil-qəbul aktı ciddi hesabat blankı olaraq Maliyyə Nazirliyi tərəfindən MTQA-1 forması ilə təsdiq edilib və həmin blankın sətirlərindən (təəssüf ki, normalda Maliyyə Nazirliyi açıqlama vermir ki, sənədi kim, necə doldurmalıdır) görünür ki, malların anbara təhvil verilməsi (sənəddə “Təhvil verilən obyekt”dən aşağıda yazılan açıqlama) vəziyyətdən asılı olaraq dəyişə bilər. Təhtəlhesab şəxs malları təhvil verirsə, onda malları təhvil alan, malları iri tədarükçülər təhvil verirsə, onda təhvil verən həmin sənədi tərtib edir. Buradan belə nəticəyə gəlmək olar ki, əgər Vergi Məcəlləsinin və müvafiq qaydaların kifayət qədər aydın olmayan məqamları vardırsa, o zaman o, başqa qanunvericiliklə, yəni Mülki Məcəllə ilə tənzimlənməlidir. Bu da əsasən Mülki Məcəllənin "işgüzar qaydalar"ın tələbləri üzərində qurulan konsepsiyasına əsaslanmalıdır.

 İlkin bəy: “Bunların hamısı mühasibə əlavə yükdür”

 Oxucumuz İlkin bəy sənədləşmənin kağız əsasla aparılmasını doğru yanaşma saymır: “Hər gün televiziyalarda sahibkarlara kömək məqsədilə sadə və əlverişli elelktron sənəd mübadiləsindən danışılır, bürokratik sənəd yığımından, əlavə kağızalardan azad olmağa çağırırşlar səsləndirilir.  Amma yenə də hansısa “Mallarin təhvil-qəbul aktı”nın müzakirəsi aparılır. Bunların hamısı mühasibə əlavə yükdür. Sahibkardan əlavə kağız toplamaq tələbi edilməməli, münbit şərait yaradılmalıdır ki, o işləyə bilsin”.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

1 Komment

  1. SALEH 23 Avqust 2021

    BUNLAR HAMISI MÜHASİBLƏR ÜÇÜN ƏLAVƏ YÜKDÜR. EQ ƏSASINDA MALLAR ALINIR SATILIR VƏ YA QAYTARMALAR İCRA OLUNUR.BÜTÜN BUNLAR TƏRƏFLƏR ARASINDAKI MÜQAVİLƏYƏ ƏSASƏN YARADILIRSA DEMƏLİ TƏRƏFLƏR BÜTÜN ŞƏRTLƏRLƏ RAZILAŞIBLAR.TƏHVİL-QƏBUL AKTİ NƏYƏ LAZIMDIR?.VERGİLƏR NAZİRLİYİ ELƏ UÇOT QAYDALARI MÜƏYYƏNLƏŞDİRMƏLİDİR Kİ,SAHİBKARLAR ÜÇÜN ƏZİYYƏT OLMAMALIDIR.ƏLAVƏ SƏNƏDLƏŞMƏLƏR BÜROKRATİK ƏNGƏLLƏRDİR.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər