İşçi əmək müqaviləsinin rəsmiləşdirilməsində niyə maraqlı olmalıdır?
Vergi Məcəlləsində aparılan dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduğu halda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi tutulacaq.
Mövzunu iqtisadçı Anar Bayramov şərh edir.
Dəyişikliyin əsas məqsədi qeyri-leqal əməkhaqlarının rəsmiləşdirilməsidir
Bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödənişləri edirlər. Bunun əsas səbəbi kimi, işəgötürənin vergi və sosial sığorta yükünün artıq olması göstərilir. Ona görə də dəyişikliklə əlaqədar 8.000 manatadək aylıq əməkhaqqı alan şəxslərdən vergi tutulmaması işəgötürənləri real əməkhaqqını bəyan etməyə stimullaşdırır.
İşçinin gələcək pensiya təminatı formalaşır
Vətəndaş çalışdığı müəssisədən maaşını qeyri-leqal aldığı üçün öz fərdi uçot fonduna hər hansı vəsait yığa bilmir. Əməkhaqqının leqallaşdılması nəticəsində işçinin maaşının 25 faizi məbləğində məcburi dövlət sosial vəsaiti onun fərdi hesabında toplanır. Pensiya yaşına çatdıqda isə bu məbləğ hər ay özünə qaytarılır. İşçinin əmək müqaviləsi olmadığı üçün gələcəkdə əmək müqaviləsinə xitam verildiyi təqdirdə, ona hər hansı müavinət ödənilmir. Əlində rəsmi gəlirlərini təsdiq edən sənəd olmadığından və işsizlikdən sığorta ilə bağlı icbari ödənişlər aparılmadığından, həmin şəxsin məşğulluq idarələrindən işsizlik müavinəti alması da çətin olur.
Rəsmi müqavilə ilə çalışan işçinin isə əmək müqaviləsinə xitamına əsas verən səbəblər müəssisənin ləğvi, işçinin və ya ştatın ixtisarı, əmək şəraitinin dəyişməsi və s. olduqda Əmək Məcəlləsinin tələblərinə əsasən, onun işdənçıxarma müavinəti əldə etmək imkanı yaranır. Bundan əlavə, işçi rəsmi əmək müqaviləsi ilə çalışdığı üçün ona əməkhaqqı üzrə 1 faiz işsizlikdən sığorta haqqı ödənilir. Bu cür icbari ödənişlər sayəsində işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildkdə, onun müvafiq məşğulluq idarələrindən işsizlik müavinəti almaq hüququ yaranır.
Kredit və digər maliyyə alətlərindən faydalanmaq imkanı
İşçi qeyri-rəsmi gəlir əldə edən zaman onun kredit ala bilmək imkanları da məhdudlaşır. Kredit və maliyyə institutları işçinin aldığı maaşla maraqlanır və rəsmi müqavilə əsasında çalışan şəxs əmək müqaviləsinin reyestrindən əməkhaqqı arayışını maliyyə institutlarına təqdim edə bilir. Bundan əlavə, işçi ipoteka krediti ilə ev əldə etmək imkanı da qazanır.
Mənbə: "Vergilər" qəzeti
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
1 Komment
AYDIN Salamov 04 Fevral 2019
Hörmətli Anar bəy, Verdiyiniz şərh üçün əvvəlcədən təşəkkür edirəm. Bir məqama diqqətinizi çəkmək istəyirəm. Malların Təhvil-Qəbul Aktı (TQA) blankının mətninə baxdıqda (məs: 2. bəndi__”cədvəldə əks etdirilənlər istisna olmaqla” ) görürük ki, bu TQA_da göstərilən cədvəl malın alıcıya təhvil verildiyi zaman doldurulmalıdır: -əgər hər hansı kənarlaşmalar varsa, cədvəldə hər iki tərəfin iştirakı ilə qeyd olunaraq 2 nüsxədə imzalanıb, -əks halda isə boş (Z_lə) təqdim edilməlidir. Burada məqsəd e-qaimədə ediləcək dəyişikliyin hər iki tərəfin imzaladığı rəsmi sənədlə-TQA əsaslandırılmasıdır. Sizcə belə deyilmi? Hörmətlə, AYDIN Salamov
Şərh yazın