Vergi bəyannamələrinin təkmilləşdirilməsi istiqamətləri (1-ci yazı)
Mks.az saytı olaraq vergi və sosial qanunvericiliklə bağlı araşdırma yazılarımızı davam etdiririk. Belə yazıları təqdim etməkdə məqsədimiz vergi ödəyicilərinin hesabatlılıqla bağlı işlərinin yüngülləşdirilməsi, Vergilər Nazirliyinin hazırkı rəhbərliyinin həyata keçirdiyi vergi inzibatçılığının təkmilləşdirilməsi işinə töhfə verməkdir. İnanırıq ki, vergi sahəsində həyata keçirilən islahatlar uğurla davam etdiriləcək, vergi ödəyicilərinin gözləntilərini doğruldacaq.
Bu gündən etibarən vergi orqanlarına təqdim olunan bəyannamələrlə bağlı silislə yazılar dərc edəcəyik.
Stajlı mühasiblərin yaralı vergi bəyannamə əlavələri
Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi mükələfiyyətinə müvafiq olaraq vergi orqanlarına bəyannamələr təqdim etməlidir. Vergi bəyannamələrinin forması və doldurulma qaydası bir qayda olaraq vergilər nazirinin əmri ilə təsdiq olunur. Məhz bu səbəbdən mühasib həmkarlarımız ötən illərdə vergi bəyannamələrinə müxtəlif yanaşmaların şahidi olub.
Stajlı mühasiblər xatirlayırlar ki, vaxtilə sadələşdirilmiş vergi bəyannaməsinə xüsusi əlavə hazırlanmışdı ki, ciddi hesabat blankları üzrə hərəkəti əks etdirsin. Həmin əlavədə ciddi hesabat blanklarının dövrün əvvəlinə qalığı, dövr ərzində alınan və istifadə olunan hissəsi, həmçinin dövrün sonuna qalıq sayı və seriyası daxil edilirdi. Bu məlumatların vergi orqanlarına hansı informasiya verdiyi müəmmalı qaldığından, bir müddətdən sonra bu əlavə formasının ləğv edilməsinə qərar verildi.
Mühasiblərin tək dərdi bu deyildi ki...Sonralar vergi orqanlarının tələbi ilə “Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn” vergi bəyаnnаməsinin yeni əlavəsinin doldurulması tələb olundu. Əlavəni doldurmaqda məqsəd o idi ki, işçilərin əmək haqqıları və vəzifələri təsnifata görə qruplaşdırılsın. Maraqlı idi ki, statistika orqanı bu təsnifatı aparırdısa, mühasib niyə vaxt ayırıb bu hesabatı doldurulmalı idi? Şükür ki, bu əlavə də bir müddət sonra ləğv olundu.
Elektron hökumət əsrində müxtəlif dövlət orqanlarına eyni məlumatları niyə təqdim etməliyik?..
Hazırda mühasiblər eyni məlumatları fərqli orqanlara təqdim edirlər. Misal üçün, əmək haqqı haqqında eyni məlumat fərqli hesabatlar üzrə ən azı 5 quruma təqdim edilir.
- Vergi orqanlarına
- Əlavə dəyər vergisi ödəciyiləri, aylıq və illik olaraq;
- Sadələşdirilmiş vergi ödəyiciləri, rüblük və illik olaraq;
- ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisi ödəyiciləri, rüblük olaraq.
- Dövlət Sosial Müdafiə orqanlarına (2018-ci ilin 4-cü rübündən etibarən vergi orqanlarına)
- Məcburi sosial sığortası üzrə bəyannamə;
- İşsizlikdən sığorta üzrə bəyannamə.
- Dövri olaraq Dövlət Statistika Komitəsinin müvafiq qurumlarına;
- Məşğulluq Mərkəzinin müvafiq qurumlarına;
- Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sisteminə.
Hazırda dövlət orqanları arasında elektron məlumat mübadiləsi prossesi uğurla aparılır. Mümkündür ki, vergi ödəyicisi üçün əmək münasibətləri ilə bağlı dövri olaraq vahid bəyannamə formasının tətbiqi nəticəsində hesabatlılıq da ən azı 2-3 elektron formada unifikasiya olunsun.
Vergi hesabatlarının doldurulması prosesində əlavə vaxt itkisi
Vergi orqanlarına hesabatlar 2 formada təqdim oluna bilər: Kağız və elektron formada. Elektron formada təqdim olunan hesabatlar isə online və ya offline rejimdə hazırlanır. Kağız formada hesabatlar az istifadə olunduğu üçün elektron formada hazırlanan bəyanamələr üzrə qeydlərimizi edəcəyik.
- Online karğüzarlıqa gələn məktublar
Yaxşı olar ki, online kargüzarlıq bölməsinə göndərilən məktubların lazımlılığı barədə vergi ödəyicilərinin rəyi öyrənilsin. Ötən illərdə vergi ödəyiciləri online kargüzarlığa göndərilən məktubla bağlı “oxunmamış məktubunuz var” bildirişini alanda, ürəklərindən “yəqin kameral vergi məktubu olacaq” fikri keçsə də, bölməni açdıqda adətən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış “İxrac icmalı”nın _____-ci ilin ______ ayı üzrə buraxılışının təqdim edilməsi barədə arayış çıxırdı. Təbii ki, bu məlumat kimlər üçünsə faydalı ola bilər. Ancaq yaxşı olardı ki, vergi ödəyicisinin bu tip xəbərlərin abunəliyini dayandırmaq imkanı imkanı olsun və ya xəbərlər könüllü qoşulma haqda razılıq olduqdan sonra göndərilsin.
- Online sistemdə təqdim edilən vergi bəyannamələrinin və arayışların azlığı
Online sistemdə yalnız sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmək olur. Torpaq və yol vergiləri bəyannamələrini ötən dövrlərin məlumatları əsasında təqdim etmək mümkündür. Yaxşı olar ki, fəaliyyət olmayan sahələrlə bağlı bəyannamələri də arayış formasında təqdim etmək mümkün olsun. Misal üçün, ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri işçiləri olmadıqları halda illik “Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn” vergi bəyаnnаməsi təqdim etmək üçün mütləq Bəyannamə Tərtibi Proqramını (BTP) yükləməli, sonra bəyannamələri hazırlayaraq paket formasında vergi orqanlarına təqdim etməlidirlər. Yeri gəlmişkən, “Muzdlu işlə əlаqədаr ödəmə mənbəyində tutulаn”bəyannamənin illik formasının zəruriliyi haqqında növbəti yazımızda geniş məlumat verəcəyik.
- Online hesabat zamanı bəzi məlumatların avtomatik hesablanmaması
Online Sadələşdirilmiş vergi bəyannaməsi üzrə əksər kameral yoxlamanın nəticəsi olaraq uyğunsuzluq məktubları elektron qaimə-faktura və hesabat üzrə məbləğlərin fərqli olması ilə bağlıdır. Hal-hazırda da əksər vergi ödəyiciləri malları elektron qaimə-fakturalar vasitəsilə təqdim edir. Elektron fakturalar vergi orqanlarının serverlərində olduğu üçün vergi ödəyicisi bir düyməni sıxmaqla həmin məlumatların bəyannamənin müvafiq maddələrinə işlənməsinə nail ola bilər ki, bu da gələcəkdə kameral vergi yoxlaması zamanı yaranan uyğunsuzlarının qarşısını alar. Həmçinin, əllə qeyd edilən məbləğlər elektron qaimə-faktura məbləğindən az olduğu halda bu haqda vergi ödəyicisinə məlumatlandırıcı bildiriş də çıxa bilər.
- Mütləq doldurulması tələb edilən formaların olması
Online sadələşdirilmiş vergi hesabatında onu təqdim edən şəxsin işçisi və ya icarə haqqının olub-olmaması barədə məlumatları göstərən pəncərə olması məqsədəuyğundur. Vergi ödəyicinin bu istiqamətlər üzrə hər hansı fəaliyyəti olmazsa, bu zaman əlavələrin aktiv olunmasına da ehtiyac yaranmaz. İndiki halda proqram təminatı məcbur edir ki, işçisi olmayan vergi ödəyicisi də muzdlu işlə əlaqədar bölməyə mütləq olaraq ən azı “0” qeyd etməlidir.
Növbəti yazımızda artıq konkret bəyannamələr haqqında da məlumat verəcəyik.
Hörmətli həmkarlar, vergi hesabatlarının təqdim olunması ilə bağlı Sizin də qarşıladığınız çətinliklər, hesabat və formaların təkmilləşdirilməsi ilə bağlı fikirləriniz varsa, bildirməyinizi xahiş edirik.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın