Yeni dəyişiklik: Gəlirdən çıxılmasına icazə verilən xərcin məbləği xalis aktivə(kapital) görə müəyyən olunacaq

Yeni dəyişiklik: Gəlirdən çıxılmasına icazə verilən xərcin məbləği xalis aktivə(kapital) görə müəyyən olunacaq

Mks.az saytının eksperti Anar Bayramov bu dəyişikliyi misalla izah edir

Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması ilə bağlı müddəalara edilən əlavələrdir. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına və 110-cu maddəsinə əsasən, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. Bundan əlavə, Vergi Məcəlləsinə kapital anlayışı əlavə edilmişdir. Kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəri kimi müəyyənləşdirilmişdir. Dəyişikliyə əsasən, vergi ödəyicisinin xaricdən aldığı borclarının xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq. Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, eləcə də rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir.

İqtisadçı Anar Bayramovun sözlərinə görə, bu dəyişiklik gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılmasının tətbiqi üçün nəzərdə tutulub. Dəyişikliyin mahiyyəti budur ki, rezident banklar və kredit təşkilatları istisna edilməklə, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna edilməklə) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir.

MİSAL:

Tutaq ki, "A" MMC-nin xalis aktivlərinin dəyəri 100.000 manatdır. MMC illik 10 faiz olmaqla xaricdən 350.000 manat borc almışdır. Bu halda, MMC xaricdən alınmış borca görə illik hesablanmış faizi aşağıdakı qaydada gəlirdən çıxmalıdır:

100.000 x 2 = 200.000 manat xalis aktivin iki misli;
350.000 – 200.000 = 150.000 manat xalis aktivdən iki dəfədən çox olan hissə;
200.000 x 10% = 20.000 manat xərcə silinə bilən məbləğ;
150.000 x 10% = 15.000 manat xərcə silinə bilinməyən məbləğ.

Mənbə: "Vergilər" qəzeti

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər