Vergi orqanlarının Kameral Yoxlamadakı 5 günlük tələbi qanunidir?
Sual: Kameral yoxlama məktubu gələndə aşağıda qeyd olunur ki, izahatlar və yaxud təsdiqedici sənədlər 5 gün ərzində nazirliyə təqdim olunmalıdır. Lakin nə 37-ci maddədə, nə də digər maddələrdə bu "5 gün" məsələsi qeyd olunmayıb. 195 Çağrı Mərkəzi də təsdiqlədi ki, Məcəllədə bu qeyd olunmayıb. Sual: hansı əsaslara və yaxud qanuna əsasən mən sənədləri və ya izahatları 5 gün ərzində göndərməliyəm, əgər bu heç bir qanunda öz əksini tapmayıb?
Tofiq Bəhramov, [email protected], Bakı (17.07.2018)
Cavab: Bildiririk ki, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş və 22.09.2016-cı il tarixdə 15201609071400 nömrə ilə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 2 nömrəli əlavəsi üzrə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”da sorğunuzda qeyd edilən müddət göstərilmişdir (http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=35845).
Bax: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş və 22.09.2016-ci il tarixdə 15201609071400 nömrə ilə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”nın (1 nömrəli əlavə) 2 nömrəli əlavəsi.
ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın