Vergi ödəyicisinin mənfəətinin hesablanması ilə bağlı MARAQLI SUAL
Mks.az saytının eksperti, sərbəst auditor Altay Cəfərovun təqdimatında
Sual: Salam. Sizdən bir sual üçün cavab almaq istərdim. Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda Nazirlər kabinetinin 55 saylı qərarı tətbiq olunur. Bəs, gəlir, xərc və digər sənədlər mənfəətin müəyyən edilməsi üçün qismən, yəni 80% kifayət edirsə, vergi orqanı nə etməlidir? Daha dəqiqi nə edəcək?
Əvvəlcədən təşəkkürümü bildirirəm!
Babayev Bədrəddin
Cavab: Çox maraqlı və praktiki sualdır. Əvvəlcə Vergi Məcəlləsinə baxaq, hansı hallarda 55 saylı qərar tətbiq oluna bilər.Vergi Məcəlləsinin 67.1-ci maddəsində yazılmışdır:
67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:
67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
55 saylı qərərın tətbiqi üçün 67.1-ci maddəsində sadalanan hallar olmaldır ki, bundan sonra 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşsin. Yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün 83.9-cü maddə tətbiq olunur. 83.9-cü maddə isə artıq 55 saylı qərarın tətbiq olunmasına gətirir. Göründüyü kimi bu uzun bir prosesdir və bu prosesin başlanması üçün 67.1-ci maddədə nəzərdə tutulan hal mövcud olmalıdır. Amma sizin sualınızda belə bir hal yoxdur. Yəni, uçot aparılır, sənədləşmələr var, gəlirlər, xərclər sənədləşdirilir, uçota alınır, vergi orqanlarının vəzifəli şəxslərini ərazıyə buraxırsınız, sənədləri təqdim edirsiniz. Odur ki, sizə 55-ci maddə tətbiq oluna bilməz.
1 Komment
Şakir 13 May 2022
Şox sağ olun 55 ci maddənin ətraflı izahına görə. Bizim müəsisədə də oxşar hal var. İstehsalda daxili mühasibat izləri aparılmayıb.Xammal,hazır məhsul saxlanan yer və istehsal bir yerdədir. Alınan mal material ,xammallar elektron qayimələr əsasımda alınıb. İstehsal olunub xaricə satılıb. ixrac gömrük sənədləri, sertifikatlar , pulun ödənilməsi, əmək haqi ,sosial müdafiə, və sair. bütün otçotlar verilib, rentabellik var mənfəət vergisi verilib. üç illik bütün sənədlər qaydasındadır. Səyyar yoxlama zamanı bizə 83.9 və 55 maddələri vergi yoxlaması tədbiq edilə BİLƏRLƏRMİ? Əgər etsələr hansı formulani tədbiq edə bilərlər?: M=G:(100+R)x R yoxsa xərcləri nəzərə alıb ikinci düsturla : M=X:100 X R HESABAT APARARLAR. Öncədən minnətdaram.
Şərh yazın