Təsisçinin müəssisəyə verdiyi 200 000 manatlıq borcla bağlı sualın cavabı

Təsisçinin müəssisəyə verdiyi 200 000 manatlıq borcla bağlı sualın cavabı

Sual: Müəssisənin təsisçisi müqavilə əsasında hüquqi şəxsə İstehsalat təsərrüfat fəaliyyəti üçün faizsiz, bir başa bank hesabına qoymaqla borc verir. İşin yekununda gördüyü işlərə (göstərdiyi xidmətlərə) görə hüquqi şəxsə pul vəsaiti daxil olur. Hüquqi şəxs təsisçiyə olan borcunu təsisçinin bank hesabına (200.000 manat) ödəyir. Təsisçi həmin vəsaiti tam miqdarda bank hesabından çıxara bilərmi? Əgər təsisçi həmin vəsaiti tam miqdarda çıxara bilirsə nə kimi vergi öhdəliyi vardır?

Novruzlu Mahmud, [email protected] (12.04.2018)

Cavab: Bildiririk ki, təsisçidən götürülən pul vəsaitinin nağdsız qaydada ödənilməsinə mövcud qanunvericilik məhdudiyyət qoymur.

Digər tərəfdən, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergi Məcəlləsinin 14-cü, 18-ci və 110-cu maddələri.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər