Sadələşdirilmiş vergi ilə bağlı suala "peşman" oldu
Vergilər Nazirliyinin cavabından belə məlum olur ki, vergi ödəyicisinin vergi öhdəliyi xalis mənfəətdən çoxdur:(
Sual: Sizə sadələşdirilmiş vergiyə aid sualım var. Sadələşdirilmiş vergi ödəyicisi olan beynəlxalq daşımalarla məşğul olan firma (firmanın şəxsi maşınları yoxdur, yəni vasitəçi firma sayılır) daşıma sifarişlərini Avropa və ya Türkiyə daşıma firmaları vasitəsilə həyata keçirir. Rüb ərzində hesaba 25.500 manat daxil olur və bu məbləğin 23.000 manatı dollar formasında daşıma edən Avropa və ya Türkiyə firmasına ödənilir. Ortada qalan 2500 manat təmiz gəlir kimi nəqliyyat
firmasına qalır. Sual: 4% li vergi bu məbləglərin hansından tutulur?? 25.500 manatdan yoxsa təmiz gəlir 2.500 manatdan?
Digər sualım həmin bu vasitəçi firma beynəlxalq daşımalara görə 6% vergi verməlidir ya yox?
Aynur Məmmədova Fərrux, [email protected], Bakı (06.04.2018)
Cavab: Sorğunuzda qeyd olunan şirkətin daşıma barədə müraciət edən (sifariş verən) şəxslərə münasibətdə iki şəxsi (xidməti göstərəin və xidməti alanı) əlaqələndirən vasitəçi deyil, məhz xidməti yerinə yetirməyi öz üzərinə götürən daşıyıcı qismində çıxış etdiyi qənaətinə gələrək bildiririk ki, belə olan halda sifarişçilər tərəfindən ödənilən tam məbləğ vergitutma obyektini təşkil edir.
Digər sualınızla əlaqədar bildiririk ki, qeyri-rezident şirkətlərin beynəlxalq daşımalarının həyata keçirilməsindən əldə etdikləri gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunmaqla 6 faiz dərəcə ilə ödəmə mənbəyində bu gəlirləri həmin şəxsə ödəyən rezident vergi ödəyici tərəfindən tutulmalı, bəyan edilməli və büdcəyə ödənilməlidir.
Qeyd olunanlarla bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 125-ci, 150-ci və 219.1-ci maddəsi.
0 Komment
Şərh yazın