Hər iki tərəf vergi ödəyicisi olarsa, ödəniş NƏĞD FORMADA ola bilər?

Hər iki tərəf vergi ödəyicisi olarsa, ödəniş NƏĞD FORMADA ola bilər?

Vergilər Nazirliyi bu suala aydınlıq gətirir
 
Sual: Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində hesablaşmalar üzrə nağd ödəniş həyata keçirilə bilərmi? Əgər maliyyə sanksiyası tətbiq olunacaqsa kimə tətbiq olunacaq?
Sakit Əliyev, [email protected], Bakı  (30.01.2018)
Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü bəndinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatadək, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatadək hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Göstərilən hədlərdən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada, o cümlədən hər iki tərəf vergi ödəyicisi olduğu halda bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir.
 
Qeyd edilən tələbin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
 
Bax: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər