Sadələşdirilmiş vergi ödəyicisinin rüb ərzində yaranan debitor borclarının uçotu aparılmalıdır?

Sadələşdirilmiş vergi ödəyicisinin rüb ərzində yaranan debitor borclarının uçotu aparılmalıdır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergilər nazirinin 10.01.2020-ci il tarixli, 1917040101750800 №-li əmri ilə təsdiq edilən “Sadələşdirilmiş vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası”nda debitor borcların sadələşdirilmiş vergi bəyannaməsində qeyd edilməsi nəzərdə tutulurdu. Qaydanın köhnə redaksiyasına əsasən, bəyannamənin “Hesabat dövrü üzrə debitor borclarının hərəkəti barədə məlumat” adlı üçünçü hissəsində “Debitor borclar (vergilər istisna olmaqla)” sətrinin “Hesabat dövrünün əvvəlinə debitor borc məbləği” sütununda hesabat dövrünün əvvəlinə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları barədə məbləğ, “Hesabat dövrü (rüb) üzrə daxil olan debitor borc məbləği” sütununda rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları, “Hesabat dövrünün sonuna debitor borc məbləği” sütununda isə hesabat dövrünün sonuna təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə yaranan debitor borcları barədə məbləğ qeyd edilirdi.

Sadələşdirilmiş vergi bəyannaməsinin formasına edilən son dəyişikliklər nəticəsində debitor borclarla bağlı həmin hissə bəyannamədən çıxarıldı. Artıq sadələşdirilmiş vergi ödəyicisinin debitor borclarının hərəkəti haqqında məlumat verməsinə ehtiyac yoxdur.

Satışda olan YENİ nəşrlərimiz:

1. Vergi uçotu: A-dan Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. ƏMAS platforması A-dan - Z-yə

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr)

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr)

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

8. Mühasibat uçotu
 

0 Komment

    Şərh yazın

    Xəbərlər