Sadələşdirilmiş vergi ödəyicisi olan zaman alınan malların ƏDV ödəyicisi olduqda təqdim edilməsi necə tənzimlənməlidir?

Sadələşdirilmiş vergi ödəyicisi olan zaman alınan malların ƏDV ödəyicisi olduqda təqdim edilməsi necə tənzimlənməlidir?

Dövlət Vergi xidməti suala aydınlıq gətirir

Sual: Sadələşdirilmiş verginin ödəyicisi kimi mağazamda ərzaq mallarının parakəndə satışı fəaliyyəti liə məşğulam. 01.04.2023-cü il tarixdən ƏDV qeydiyyatına düşmək istəyirəm. ƏDV qeydiyyat tarixinə kimi (yəni 01.04.2023-cü il tarixədək, sadələşdirilmiş verginin ödəyicisi olduğum dövrdə) aldığım anbarda qalan mallar 01.04.2023-cü il tarixdən sonra (yəni ƏDV ödəyicisi olduğum dövrdə) satılarkən ƏDV-yə necə cəlb olunacaq, ƏDV ticarət əlavəsindən hesablanacaq, yaxud malların tam dəyərindən? Misal üçün 01.04.2023-cü il tarixə anbarda 1000 manatlıq mal (malın dəyəri 900.0 manat, ticarət əlavəsi 100 manat) olsa, həmin malı ƏDV ödəyicisi olduğum dövrdə satsam büdcəyə nə qədər ƏDV hesablanacaq? 

Cavab:  Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Həmçinin bildiririk ki, sadələşdirilmiş verginin ödəyicisi olan dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

0 Komment

    Şərh yazın

    Xəbərlər