Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Əsas vəsaitlərin alınmasına və ya quraşdırılmasına çəkilən xərclərlə bağlı vergi qanunvericiliyinin tələblərini nəzərdən keçirək.Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin birbaşa gəlirdən çıxılmasına yol verilmir.

Əsas vəsaitin alınmasına və qurulmasına çəkilən xərclər onun balans dəyərini artırır və sonrakı hesabat dövrlərində də amortizasiya ayrımaları şəklində gəlirdən çıxılır.

Mİsal.  “A” MMC 6 000 manat məbləğində transformator alıb və onun quraşdırılmasına da 2 000 manat məbləğində xərc çəkib. Quraşdırılma ilə bağlı çəkilən 2000 manat xərc transformatorun üzərinə əlavə olunur və əsas vəsaitin dəyəri 8000 manat (6000 manat + 2000 manat) təşkil edir. Yəni, 2 000 manatın birbaşa gəlirdən çıxılmasına icazə verilmir.

Əsas vəsaitin alınmasına çəkilən inzibati xərclər

gəlirdən çıxıla bilər?

Təcrübədə əsas vəsaitin alınması ilə bağlı administrativ xərclərin də yaranmasına rast gəlinir.

Misal üçün, əsas vəsaitin daşınma xərci və ya əsas vəsaitin alınması zamanı sərf olunan bank xərci.

Maraqlıdır ki, bu tip xərclərin birbaşa gəlirdən çıxılmasına icazə veril­mir.

Mİsal 1. “A” MMC 80 000 manatlıq maşının alınması üçün 400 manat bank xərci ödəyib. Vergi Məcəlləsinin 109.1-ci maddəsinin tələbini nəzərə alsaq, o zaman həmin 400 manat birbaşa gəlirdən çıxılmır və əsas vəsaitin dəyərinin üzərinə əlavə olunur.

Mİsal 2. Vergi ödəyicisi 80 000 manatlıq torpaq sahəsi alıb, torpaq sahəsinin qeydiyyatı ilə bağlı 800 manat xərci olub. Torpağın rəsmiləşdirilməsi ilə bağlı olan 800 manat da gəlirdən birbaşa çıxılmır və torpağın dəyərinin üzərinə əlavə olunur.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın