Mənfəət (gəlir) vergisi ödəyicisi hansı halda 151.1-ci maddəni tətbiq edir?

Mənfəət (gəlir) vergisi ödəyicisi hansı halda 151.1-ci maddəni tətbiq edir?

 Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin hesablanmasının 3 üsulu var. Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələrini dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir.

Metodun misallarla izahına keçmədən öncə bildirək ki, vergi ödəyicisinin 151.1-ci maddəsini tətbiq etməsi üçün aşağıdakı şərtlərin olması mütləq tələbdir.

Birincisi, vergi ödəyicisinin ötən dövr üzrə mənfəət (gəlir) əldə etməsi mütləq şərtdir. Əgər vergi ödəyicisi zərərlə işləyibsə, o zaman Vergi Məcəlləsinin 151.1-ci maddəsini tətbiq edə bilməz. Digər məqam ondan ibarətdir ki, vergi ödəyicisi əvvəlki ildə mənfəət vergisi ödəyicisi olmayıbsa, o halda da Vergi Məcəlləsininin 151.1-ci maddəsindəki metoddan istifadə etmək mümkün olmur.

Maddənin tələblərini misallarla izah edək.

Mİsal.  Vergi ödəyicisinin mənfəət vergisi 2021-ci ildə 20 000 manat təşkil edib. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 151.1-ci maddəsini seçdikdə, 2022-ci ilin hər rübü ərzində 5 000 manat (20 000 manat / 4) məbləğində cari vergi ödəməsini həyata keçirməyi öz öhdəsinə götürür. Vergi ödəyicisi 2022-ci il üzrə illik mənfəət vergisi bəyannaməsi təqdim edən zaman məlum olur ki, illik mənfəət vergisi 42 500 manat təşkil edib. Bu zaman vergi ödəyicisi artıq 22 500 manat (42 500 manat (2022-ci il üzrə mənfəət vergisi) - 20 000 manat (2022-ci ilin 4 rübü üzrə ödənilən cari vergi ödəmələrinin cəmi) ödəniş həyata keçirməlidir.

Təcrübədə rast gəlinən problemlərdən biri də, vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.5-ci maddəsini tətbiq etdikdən sonra, növbəti ildə fəaliyyətinin olmaması ilə bağlıdır.

Mİsal. 2021-ci ildə vergi mükələfiyyəti mənfəət (gəlir) vergisi olan vergi ödəyicisi cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq təqdim edib. 2021-ci ildə mənfəət (gəlir) vergisi 3 000 manat olan vergi ödəyicisinin 2022-ci ilin I rübündə fəaliyyəti olmayıb. Vergi ödəyicisi 2022-ci ilin aprel ayının 15-nə qədər vergi orqanına hər hansı arayış təqdim etmədiyi halda, vergi orqanı tərəfindən 2022-ci il hər rübündə Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq 750 manat (3 000 manat (mənfəət (gəlir) vergisi) x ¼ hissə (Vergi Məcəlləsinin 151.1-ci maddəsinə uyğun olaraq müəyyən edilən hissə)) cari vergi ödəməsini dövlət büdcəsinə ödəməlidir. Hətta vergi ödəyicisi 2022-ci ilin II rübündə cari arayışı Vergi Məcəlləsinin 151.2-ci maddəsinə uyğun həyata keçirmək istəsə də, vergi orqanı Vergi Məcəlləsinin 151-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız Vergi Məcəlləsinin 151.1-ci maddəsindəki metodu tətbiq edəcək. O səbəbdən də, həmkarlarımız ötən il üzrə Vergi Məcəlləsini 151.5-ci maddəsini tətbiq edib və növbəti ildə fəaliyyəti olub-olmamasından asılı olaraq Vergi Məcəlləsinin 151.2-ci maddəsini tətbiq etmək istəyirsə, o zaman aprel ayının 15-nə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı verməlidir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın