Qeyri -sahibkarlıq fəaliyyətində gəlirdən çıxılan xərclərə fərqli yanaşma

Qeyri -sahibkarlıq fəaliyyətində gəlirdən çıxılan xərclərə fərqli yanaşma

Satışı yekunlaşan “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Gəlir vergisinin hesablanmasına gəlincə, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Mİsal.  Xəz-dəri məhsullarının satışı ilə məşğul olan fərdi sahibkarın 2019-cu il üzrə gəliri 90 000 manat olub. Fərdi sahibkarın gəlirdən çıxılmasına icazə verilən xərclərinin məbləği isə 40 000 manat təşkil edib. Bu zaman fərdi sahibkarın ödəyəcəyi gəlir vergisi 10 000 manat ((90 000 manat - 40 000 manat) x 20 faiz) olacaq.

Fərdi sahibkarların gəlir vergisinin hesablanmasında bir məsələyə xususi diqqət yetirməyinizi xahiş edirik. Unutmayın ki, 20 faiz dərəcəsi ilə gəlir vergisi sırf sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə şamil olunur.

Mİsal 2. Fərdi sahibkar Qasımov Ələkbər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərir. Onun 2019-cu il üzrə vəkillik fəaliyyətinə görə gəliri 30 000 manatdır. Bu halda artıq Qasımov Ələkbər 6 000 manat (30 000 manat x 20 faiz) yox, 4 200 manat (30 000 manat x 14 faiz) vergi ödəyəcək.

Bir məsələni qeyd edək ki, qeyri -sahibkarlıq fəaliyyətində gəlirdən çıxılan xərclərə yanaşma fərqlidir. Vergi ödəyicisinin vəkillik və sahibkarlıq fəaliyyətlərində istifadə edilməyən aktivlərinin təqdim edilməsi zamanı gəlirin əldə olunması ilə bağlı xərclər nəzərə alınır. Amma əmlakın icarəyə verilməsi və royaltidən əldə edilən gəlirlər zamanı gəlir xərclər nəzərə alınmadan vergiyə cəlb edilir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın