Hansı halda elektron qaimə-faktura təqdim edilmir?
Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, aşağıdakı əməliyyatlar üzrə elektron qaimə-faktura təqdim edilmir:
- Bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
- Dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
- Notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Qeyd edək ki, 2018-ci ildə elektron qaimə-faktura ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də bankların elektron qaimə-faktura tətbiq etməsi ilə bağlı idi. 1 yanvar 2019-cu il tarixdən etibarən olan dəyişikliyə əsasən, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi üçün elektron qaimə-faktura təqdim olunmamağa başlayıb. Amma bu o anlama gəlmir ki, banklar, ümumiyyətlə elektron qaimə-faktura təqdim etməməlidir.
Misal üçün, bank müştərisinə 10 manat dəyərində olan çek kitabçasının satışını həyata keçirirsə, bu halda alıcıya elektron qaimə-faktura təqdim olunmalıdır.
Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın