Tələb! Vergi ödəyicisi işçiyə yemək xərcini iki hal üzrə hesablayarsa, gəlirdən çıxılan xərc necə tənzimlənəcək? (2-ci yazı)

Tələb! Vergi ödəyicisi işçiyə yemək xərcini iki hal üzrə hesablayarsa, gəlirdən çıxılan xərc necə tənzimlənəcək? (2-ci yazı)

MKS Academy-nin ekspertləri Nazirlər Kabinetinin 492 saylı qərarının tələblərini izah edir

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı 22 noyabr 2024-cü il tarixli, 492 saylı qərar ilə  “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması NORMALARI və QAYDASI” təsdiq olundu.

Nazirlər Kabinetinin qərarında işçiyə gündəlik xərclərin ödənilməsinin 3 halı tənzimlənir

Birinci hal. Qaydanın 2.1.1-ci yarımbəndinə əsasən, Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların və vasitələrin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik xərc norması - 5 (beş) manat məbləğində müəyyən edilib.

İkinci hal.  Qaydanının 2.1.2-ci yarımbəndinə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gəlirdən çıxılan gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə - 25 (iyirmi beş) manat, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üzrə -25 (iyirmi beş) ABŞ dolları məbləğində müəyyən edilib.

Üçüncü hal.  Qaydanının 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində müəyyən edilib.

Təcrübədə mümkündür ki, vergi ödəyicisi işçiyə bir yox, iki hal üzrə yemək xərci ödənişi həyata keçirirsin. Bu zaman həmin xərclərin gəlirdən xərclərin çıxılması zamanı həmin məbləğlərin toplanmasına icazə verilir?

Nazirlər Kabinetinin 492 saylı qərarı ilə təsdiq edilən qaydaların 2.3-cü maddəsinə əsasən Bu Qaydanın 2.1.1-ci yarımbəndi ilə müəyyən edilmiş norma bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş normalara əlavə olunur.

Misal. Vergi ödəyicisi əmək şəraiti zərərli hesab edilən işlərdə çalışan işçini müalicə-profilaktik yeməkləri, süd və ona bərabər tutulan digər məhsullar və vasitələr ilə təmin edir. Həmin məhsulların dəyəri hər bir işçi üzrə 6 manat təşkil edir. Həmçinin, işəgötürən həmin işçiyə gündəlik yemək xərci olaraq 8 manat ödənişi nağdsız formada həyata keçirir.  Qaydalara əsasən, işçiyə ödənilən 6 manatdan 5 manatı, gündəlik yemək xərci olan 8 manatın 5 manat olmaqla, cəmi 10 manat məbləğində yemək xərcinin gəlirdən çıxılmasına icazə verilir.

Qaydanın 2.4-cü maddəsinə əsasən, bu Qaydanın 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş normalar tətbiq edildikdə bu Qaydanın 2.1.3-cü yarımbəndi ilə müəyyən edilmiş normalar tətbiq edilmir.

Misal. Vergi ödəyicisi tərəfindən Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün hər bir işçi üçün 25 manat ödəniş hesablanır. Vergi ödəyicisi işçilərə yeməklə təmin etmək üçün iaşə xidmətimi özü tərəfindən həyata keçirir. Bu səbəbdən hər işçi üçün yemək xərci 8 manat təşkil edir. Qaydaların tələblərinə uyğun olaraq, yalnız 25 manat məbləğində ödənişin gəlirdən çıxılmasına icazə verilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qayda üzücü heyət üçün yemək xərci olaraq ödənilən məbləğin gəlindən çıxılmasına məhdudiyyət tətbiq edir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər