Anar Bayramovun təqdimatında: Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasının tənzimlənməsi

Anar Bayramovun təqdimatında: Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasının tənzimlənməsi

Vergi ödəyiciləri üçün ən mühüm olan qərarlardan biri olan "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" dəyişdirildi.
 
Bildiyimiz kimi "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" dəyişdirilənə qədər mövcud olan Qərara əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi meyarları mövcud idi, amma riskli vergi ödəyicisindən çıxarılması meyarları və qaydaları mövcud deyildi. Yəni bəzən olurdu ki, vergi ödəyicisi riskli əməliyyat etdiyini, qanunvericiliyin tələbini pozduğunu etiraf edirdi, amma riskli vergi ödəyicilərinin siyahısından çıxması üçün nə etmək lazım olduğunu bilmirdi. Artıq edilmiş dəyişikliyə əsasən riskli vergi ödəyicilərinin siyahısına əlavə edilmiş vergi ödəyicisi üçün həmin siyahıdan çıxarılması qaydaları da müəyyən edilmişdir. Belə ki:

1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə. Məsələn, vergi ödəyicisi 30 aprel tarixində idxal etdiyi malları gömrük orqanından öz çıxardaraq elə həmin gün də digər bir vergi ödəyicisinə təqdim edir. Lakin gömrük orqanı malların gömrükdən çıxdığını 30 aprel tarixində deyil, 02 may tarixində rəsmiləşdirir. Belə olan təqdirdə vergi orqanı 30 aprel tarixində təqdim edilən malları əmtəəsiz əməliyyat kimi xarakterizə etmiş və vergi ödəyicisini əmtəəsiz əməliyyat aparılması əsası ilə riskli vergi ödəyicisi siyahısına daxil edib. Amma vergi ödəyicisi gömrük orqanından təsdiqedici sənəd əldə edərək həqiqətən də malları faktiki olaraq 30 aprel tarixində gömrük orqanından çıxartdığını təsdiqləyir. Belə olan təqdirdə vergi ödəyicisi riskli vergi ödəyicisi siyahsıından çıxarılacaqdır.

2. Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə. Məsələn, vergi ödəyicisi 50 min manat dəyərində malların təqdim edilməsi qaiməsi yazmışdır. Amma reallıqda mallar təqdim edilməmişdir. Belə olan təqdirdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab ediləcəkdir. Bildiyimiz kimi əmtəəsiz əməliyyatlar aparan şəxsə ilk dəfə 10% maliyyə sanksiyası tətbiq edilir. Əgər vergi ödəyicisi ona tətbiq edilən 5 min manat məbləğində maliyyə sanksiyasını ödəyərsə o zaman riskli vergi ödəyicisi siyahısından çıxarıla bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər