ƏLA DƏYİŞİKİK! Nağd ödəniş üçün müəyyən edilən aylıq 30 000 manatlıq hədd artacaq?

ƏLA DƏYİŞİKİK! Nağd ödəniş üçün müəyyən edilən aylıq 30 000 manatlıq hədd artacaq?

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklə diferensial yanaşma təklif edilir

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Maddənin tələblərindən göründüyü kimi, ƏDV ödəyicisi olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə nağd ödənişlə bağlı tələb eynidir: 30 000 manat. 

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, dövriyyədən asılı olaraq diferensial yanaşma tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, nağd ödənişlərlə bağlı vergi ödəyicilərinə 3 fərqli yanaşma tətbiq edilməsi planlaşdırılır.

Birinci yanaşma. ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan az olduqda, o zaman təqvim ayı üzrə nağd ödənişlərin maksimum limiti 30 000 manat olaraq saxlanılacaq.

İkinci yanaşma. ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil  olmaqla) 2 faizi 30 min manatdan artıq, 50 min manatdan az olduqda satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşma üzrə ödəniş məbləğ cari ay üzrə limit kimi qəbul edilə bilər. Misal üçün, ƏDV ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 2 000 000 manat (ƏDV daxil) olarsa, o zaman mart ayında nağd ödənişlər üzrə limitin 30 000 manat yox, 40 000 manat (2 000 000 manat x 2 faiz) müəyyən edilməsi təklif olunur.

Üçüncü yanaşma. ƏDV ödəyicisinin əvvəlki təqvim ayında dövriyyəsinin (ƏDV daxil  olmaqla) 2 faizi 50 000 manatdan artıq olarsa, o zaman cari ay üzrə nağd ödənişlər üzrə limitin 50 000 manat tətbiq edilməsi təklif edilir. Misal üçün, ƏDV ödəyicisinin 2025-ci ilin fevral ayında dövriyyəsi 4 000 000 manat (ƏDV daxil) olarsa, o halda mart ayında nağd ödənişlər üzrə maksimum limit 80 000 manat (4 000 000 manat x 2 faiz) yox, 50 000 manat (ay üzrə maksimum limit) tətbiq ediləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər