Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

Əsas vəsaitlərin alınmasına çəkilən xərclərin gəlirdən çıxılmasına icazə verilir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Əsas vəsaitlərlə bağlı xərclərin necə hesablanmasına keçməzdən öncə, vergi uçotunun məqsədləri üçün əsas vəsait dedikdə, nə başa düşüldüyünə baxaq. 
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində qeyd edilir ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox, dəyəri 500 manatdan artıq, Vergi Məcəlləsinnin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər başa düşülür. 
Mİsal. Vergi ödəyicisi dəyəri 300 manat olan şkaf alıb və nəzərdə tutub ki, həmin əsas vəsaiti 3 il ərzində istifadə edəcək. Mühasibat uçotu baxımından yanaşsaq, şkaf əsas vəsait kimi hesablanmalıdır, amma vergi uçotu baxımından, həmin şkafın dəyəri 500 manatdan aşağı olduğu üçün əsas vəsait hesab olunmur və amortizasiya hesablanmır.
Əsas vəsaitlərin alınmasına və ya quraşdırılmasına çəkilən xərclərlə bağlı vergi qanunvericiliyinin tələblərini nəzərdən keçirək.Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin birbaşa gəlirdən çıxılmasına yol verilmir. 
Əsas vəsaitin alınmasına və qurulmasına çəkilən xərclər onun balans dəyərini artırır və sonrakı hesabat dövrlərində də amortizasiya ayrımaları şəklində gəlirdən çıxılır.
Mİsal. “A” MMC 6 000 manat məbləğində transformator alıb və onun quraşdırılmasına da 2 000 manat məbləğində xərc çəkib. Quraşdırılma ilə bağlı çəkilən 2000 manat xərc transformatorun üzərinə əlavə olunur və əsas vəsaitin dəyəri 8000 manat (6000 manat + 2000 manat) təşkil edir. Yəni 2 000 manatın birbaşa gəlirdən çıxılmasına icazə verilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər