Elektron qaimə-fakturanun ləğvi prosesində diqqət yetiriləsi məqamlar hansılardır? (5 HAL)
Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmƏ
“Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na görə, elektron qaimə-fakturanın ləğvi zamanı 5 halın olması mümkündür.
Birinci hal. Qarşı tərəfə elektron qaimə-faktura göndərildikdən sonra məlum olur ki, həmin sənəddə yanlışlığa yol verilib. Vergi ödəyicisi qarşı tərəf təsdiq etmədiyi halda elektron qaimə-fakturanı qarşı tərəfin icazəsi tələb olunmadan ləğv etmək hüququna malikdir. Qarşı tərəfdən təsdiqlənməyən sənədin silinməsi üçün hər hansı gücləndirilmiş imza ilə təsdiqinə ehtiyac yaranmır.
İkinci hal. Vergi ödəyicisi elektron qaimə-fakturanu qarşı tərəfə göndərib və sənədi təsdiq olunub. Vergi ödəyicisi həmin elektron qaimə-fakturanı ləğv etdiyi halda “Ləğv gözləyən” statusunda olacaq, qarşı tərəf ləğvi təsdiq etdikdən sonra sənəd ləğv olunacaq.
Üçüncü hal. Vergi ödəyicisi elektron qaimə-fakturanu 20 fevral 2023-cü il tarixdə qarşı tərəfə göndərir. Sonradan həmin elektron qaimə-fakturanı ləğv etdikdə, qarşı tərəf ləğvi ayın sonunadək təsdiq etməlidir. Qaydaların 3.9-cu bəndinə əsasən, elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Misalımıza uyğun olaraq fevral ayında ləğv edilmədikdə, artıq ayın sonuncu günü bitən kimi, proqram təminatı tərəfindən həmin elektron qaimə-faktura ləğv edilməmiş sayılır.
Dördüncü hal. Vergi ödəyicisi elektron qaimə-fakturanı göndərdikdən sonra qərar verir ki, onun üzərində düzəliş həyata keçirsin.
Mİsal. Vergi ödəyicisi 10 fevral tarixdə elektron qaimə-faktura göndərib, 13 fevral tarixdə həmin sənədin ləğv edilməsi ilə bağlı prosesi həyata keçirib. 15 fevral tarixdə vergi ödəyicisi qərar verir ki, həmin elektron qaimə-faktura üzrə düzəliş həyata keçirsin. Ancaq qaydaların 3.10-cu bəndinə əsasən, elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, sənəd ləğv olunub, yenisi yaradılmalıdır.
Beşinci hal. Elektron qaimə-fakturanı qəbul edən şəxsin həmin sənədin ləğvini həyata keçirməsi də maraqlıdır. Sənədi qəbul edən şəxs həmin sənədin ləğvi ilə bağlı müraciət edə bilər. Bütün hallarda ləğvetmə prosesi elektron qaimə-fakturanı göndərən tərəfindən həyata keçirilməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın