Vergi orqanı Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilərini yoxlayır?

Vergi orqanı Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsi üzrə hansı göstəricilərini yoxlayır?

Satışına START verilən "Vergi uçotu: A-dan Z-yə" (VIII nəşr) kitabından seçmə

Təcrübədə vergi ödəyicisinin təqdim etdiyi 1 saylı Əlavə üzrə aşağıdakı göstəricilərin yoxlanılması həyata keçirilir:
- Əsas vəsaitlər. Amortizasiya və təmir xərcləri, əmlak vergisi üzrə, silgisi normadan çox olduqda gəlirlərdə amortizasiya olunan aktivlərin satışından əldə olunan gəlirlərlə müqayisəsi və sair məsələlər yoxlanılır;
- Ehtiyatlar. Xərclərin toplam məbləğinə təsir edir, dövr ərzində mədaxil və məxaricin məbləğindən asılı olmayaraq alqoritm yalnız cari il dövrün əvvəlinə olan (öncəki il bəyannamənin dövrün sonuna olan qalığı götürməklə) qalığı ilə dövrün sonuna olan qalığı arasında müsbət və mənfi fərqi götürərək cari ildəki çəkilmiş bütün xərclərdən müvafiq olaraq çıxır ya toplayır;
- Debitor borclar. Debitor borclar üzrə dövr sonuna qalığı həmin ilin dekar ayı ƏDV bəyannaməsinin dövr sonuna olan debitor borc qalığı ilə yoxlayaraq dövriyyəyə müdaxilə olunur;
- Pul vəsaitləri. Daxilolma sətrini cari il mənfəət bəyannaməsinin gəlirləri və ƏDV bəyannamələrinin daxil olması ilə müqayisə edərək sorğular olunur;
- Kapitallaşma üçün aktivlər. Silgisini daim əsas vəsaitin mədaxili ilə müqayisə edib əmlak vergisindən çıxılır;
- Digər aktivlər. Açılışı və nədən ibarət olduğu haqqında izahat tələb edilə bilər;
- Xalis mənfəət. ÖMV-də dividend hesablanması məqsədilə müqayisə aparılır;
- Avanslar. ƏDV və mənfəət bəyannamələrinin dövriyyəsi müqayisə olunarkən istifadə edilir;
- Kreditorlar. Qeyd edilən bölmə üzrə silinmənin tərkibi istənilə bilər. Vergi ödəyicisi kreditor borclar üzrə silinməni tərkibini vermədikdə, “Bağışlanmış kreditor borc” adı altında təsnifləşdirilmə aparılaraq mənfəət bəyannaməsində gəlirlər artırılır.
Təcrübədə rast gəlinən hallardan biri odur ki, bəzi vergi ödəyicisi 1 saylı Əlavədə aktivlərin cəmi ilə kapital və öhdəliklərin cəmi arasında yaranan fərq məbləğini “Digər öhdəliklər” və ya “Digər aktivlər” bölməsinə qeyd edirlər. Həmin bölmələrə mənbəyi dəqiq bilinməyən məbləğin daxil edilməsi nəticəsində 1 saylı Əlavədə bərabərlik süni şəkildə təmin olunur. Təcrübədə “Digər öhdəliklər” barədə araşdırma hallarına təsadüf edilməsə də, “Digər aktivlər” bölməsindəki məbləğin təsnifləşdirməsi haqqında izahatların tələb olunmasına rast gəlinir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər