YENİ TƏLƏB! Vergi orqanı vergi ödəyicisinə qarşı tərəfin məlumatlarının təqdimi üçün portal hazırlayacaq? (3 VACİB MƏQAM)

YENİ TƏLƏB! Vergi orqanı vergi ödəyicisinə qarşı tərəfin məlumatlarının təqdimi üçün portal hazırlayacaq? (3 VACİB MƏQAM)

Satışı davam edən "Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024" kitabından seçmə

Vergi Məcəlləsinə əlavə edilən 15.1.15-4-cü maddəyə əsasən, məcəllənin 16.1.11-14-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada, bu Məcəllənin 30.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək hüququ verilir.
Maddədə qeyd edilən və Məcəlləyə yeni əlavə olunann 16.1.11-14-cü maddədə yazılır ki,  təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifəsidir.
Qeyd edək ki, Vergi Məcəlləsinin 15.1.15-4-cü maddəsinə əsasən, Dövlət Vergi Xidməti digər vergi ödəyicisinin razılığı əsasında, yəni Vergi Məcəlləsinin 30.8-ci maddəsinin tələbləri gözlənilməklə qarşı tərəfin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək hüququ yaradacaq. Əvvəlcə, 15.1.15-4-cü maddənin Vergi Məcəlləsinə hansı məqsədlə əlavə edilməsinə aydınlıq gətirək.
2023-cü ildə bəzi vergi ödəyicilərinə təqdim etdiyi mənfəət (gəlir) bəyannaməsi ilə bağlı aşağıdakı məzmunda kameral uyğunsuzluq daxil olurdu:
Maraqlıdır ki, vergi ödəyicisi qarşı tərəfdən elektron qaimə-faktura aldıqda həmin şəxsin riskli vergi ödəyicisi olması haqqında bildiriş təqdim olunmamışdı. Yəni qarşı tərəf qeyd edilən əməliyyat həyata keçirildikdən sonra riskli vergi ödəyicisi sayılıb. Həmin şəxsin riskli vergi ödəyicisi olması səbəbindən Vergi Məcəlləsininn 109.9-cu maddəsinə uyğun olaraq, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənəd gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmirdi. Həmçinin, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə uyğun olaraq, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermirdi.
Vergi ödəyicisi bu halda vergi orqanına kameral məktub yazır və sənədlər təqdim edirdi ki, həqiqətən də qarşı tərəfdən mallar alıb və ya iş (xidmətlər) təqdim olunub. Vergi ödəyicisi məktubda onu da qeyd edirdi ki, qarşı tərəfin gələcəkdə riskli vergi ödəyicisinə çevrilməsi ilə bağlı onda öncədən hər hansı məlumat olması mümkün deyildi.
Bu cür narazılıqların qarşısını almaq üçün Vergi Məcəlləsində vergi ödəyicisi üzərinə qarşı tərəfin riskli vergi ödəyicisi olmaq ehtimalını müəyyənləşdirmək üçün onunla bağlı məlumatları əldə etmək vəzifəsi qoyulur. 
Təbii ki, öncə vergi ödəyicisi həmin məlumatların vergi orqanı tərəfindən təqdim edilməsinə razılıq verməlidir. Çünki bəzi məlumatlar var ki, vergi ödəyicisinin kommersiya sirri hesab edilir. Misal üçün, vergi ödəyicisinin sahibliyində olan malların çeşidi və sayı haqqında məlumatlar onun kommersiya sirri hesab edildiyindən, mütləq vergi ödəyicisinin razılığı tələb olunur.
Qeyd edilən maddə ilə bağlı 3 vacib məqama diqqət yetirmək lazımdır.
Birinci məqam. Qeyd edilən hal daha çox yeni yaradılan və ya dövriyyəsi yüksək olmayan vergi ödəyicilərinə tətbiq edilə bilər. Misal üçün, icarə müqaviləsi bağlamaq üçün vergi ödəyicisinin hər hansı plazadan icarə sahəsi və ya işçi sayı haqqında məlumat tələb etməsi absurd görünə bilər. Digər misal, supermarket kimi fəaliyyət göstərən iri vergi ödəyicisindən sahibliyində olan mallar barəsində məlumatlar tələb etmək də qeyri-realdır.
İkinci məqam. Vergi ödəyicisi hər hansı məlumatların qarşı tərəfə təqdim edilməsinə ehtiyac duymaya bilər. Misal üçün, yağ istehsalı ilə məşğul olan vergi ödəyicisi sahibliyində olan mal qalıqları haqqında məlumatları bölüşməyə bilər. Bunun üçün vergi ödəyicisi həmin məlumatların yağ istehsalı ilə məşğul olan rəqib vergi ödəyicilərinə ötürülməsi təhlükəsini əsas gətirə bilər. Bu, onun hüququdur. Bu halda qarşı tərəf olan vergi ödəyicisi vergi orqanına müraciət etməklə məlumatı əldə etməyə cəhd göstərə bilər. Ancaq vergi orqanı həmin məlumatları təqdim etmək üçün mütləq vergi ödəyicisinin razılığını almalıdır.
Üçüncü məqam. Vergi ödəyicisi əməkdaşlıq etdiyi qarşı tərəfdən mallar aldıqda həmin şəxsdən mövcud malları haqqında məlumat almağa ehtiyac duymaya bilər. Vergi ödəyicisinə mütləq tələb qoyulmur ki, əməkdaşlıq etdiyi bütün və ya əksər vergi ödəyiciləri barədə məlumatlar əldə etmək üçün vergi orqanına müraciət etsin. 
Sonda qeyd edək ki, Vergi Məcəlləsinə əlavə edilən 15.1.15-4-cü maddənin tətbiqi  Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edəcəyi qaydanın qüvvəyə minməsindən sonra həyata keçiriləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - ARTIQ SATIŞDA

5. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

3. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

4. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

5. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Fevraldan satışda

7. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - Fevraldan satışda

8. Əmək Bələdçisi - 2024 - Fevraldan satışda

9. Əmək Platforması - 2024 - Fevraldan satışda

10.  Vergi Platforması - 2024 - Fevraldan satışda

11. Əməyin uçotu: A-dan Z-yə (IVnəşr)  - Fevraldan satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - Mart 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər