PMS Sertifikatı imtahanlarında gəlir vergisi üzrə güzəştlərin hesablanmasında 2 VACİB MƏQAM

PMS Sertifikatı imtahanlarında gəlir vergisi üzrə güzəştlərin hesablanmasında 2 VACİB MƏQAM

Satışı davam edən "PMS Sertifikatı (II mərhələ)" - II nəşr kitabından seçmə

İkinci hal.  İşçinin əsas və əlavə iş yeri mövcuddursa, o zaman gəlir vergisinə bütün güzəştlər əsas iş yeri üzrə tətbiq edilir. Əsas iş yeri dedikdə, əmək kitabçası tətbiq edilən iş yeri nəzərdə tutulur.
Mİsal. Daimi məskunlaşmamış məcburi köckün dövlət orqanında çalışır və aylıq əmək haqqı 1 000 manatdır. Həmçinin, işçinin əlavə iş yerində əmək haqqı 800 manatdır. İşçinin cəmi əmək haqqından gəlir vergisini hesabladıqda, Vergi Məcəlləsində tətbiq edilən güzəştləri yalnız əsas iş yerinə şamil edəcəyik:
Əsas iş yeri üzrə gəlir vergisi = (1000 manat – 200 (Vergi Məcəlləsinin 102.1.6-ci maddəsinə uyğun güzəşt) - 100 manat (Daimi məskunlaşmamış məcburi köckünlə bağlı güzəşt)) x 14 faiz = 84 manat.
Əlavə iş yeri üzrə gəlir vergisi = 800 manat x 14 faiz = 112  manat.
İşçi üzrə cəmi hesablanan gəlir vergisi = 84 manat (əsas iş yeri üzrə gəlir vergisi) + 112 manat (əlavə iş yeri üzrə gəlir vergisi) = 196 manat.
Üçüncü hal. Muzdla çalışan işçinin bir neçə güzəşti varsa, o zaman yanaşma fərqli olur. İşçinin əmək haqqından gəlir vergisi üzrə güzəştlər əsasən aşağıdakı hallarda tətbiq edilir:
•    Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi üzrə güzəşt – 800 manat
•    Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan güzəşt – 400 manat;
•    Vergi Məcəlləsinin 102.3-cü maddəsində nəzərdə tutulan güzəşt – 200 manat;
•    Vergi Məcəlləsinin 102.4-cü maddəsinə nəzərdə tutulan güzəşt – 100 manat;
•    Vergi Məcəlləsinin 102.5-ci maddəsi üzrə nəzərdə tutulan güzəşt – 50 manat.
Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.
Öncə diqqət yetirmək lazımdır ki, həmin madddədə Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi ilə müəyyən edilən şəhid statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt (800 manat) və Vergi Məcəlləsinin 102.5-ci maddəsi ilə tənzimlənən  qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri üzrə güzəşt ( 50 manat) nəzərə alınmayıb.
Mİsal. Dövlət qurumunda çalışan işçinin əmək haqqı 2 000 manat təşkil edib. İşçi - müharibə ilə əlaqədar əlilliyi olan şəxs həm daimi məskunlaşmamış məcburi köckündür, həm də qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər var.
Bu halda işçinin gəlir vergisini hesablayarkən üç güzəştdən ikisini tətbiq edəcəyik. Belə ki, işçi müharibə əlili olduğu üçün Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulan 400 manat güzəştdən istifadə hüququna malikdir. Daimi məskunlaşmamış məcburi köçkün olduğu üçün isə Vergi Məcəlləsinin 102.4-cü maddəsinə uyğun 100 manat güzəştə malikdir. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə 50 manat güzəşt hüququ var.
İşçinin gəlir vergisi üzrə güzəşt hesablandıqda, Vergi Məcəlləsinin 102.7-ci maddəsinin tələblərinə əsasən Məcələnin 102.2-ci və 102.4-cü maddədələrində qeyd edilən güzəştin ən böyüyü nəzərə alınmalıdır. Misalımıza uyğun olaraq nəzərə alınan güzəşt məbləği müharibə əlili üçün olan 400 manatdır, məcburi köckün olmasına görə nəzərdə tutulan 100 manat güzəşt hesablanmalarda nəzərə alınmayacaq. Çünki işçinin malik olduğu sosial kateqoriya üzrə Vergi Məcəlləsinin 102.4-cü maddəsi üzrə 100 manat güzəşt məbləği Vergi Məcələsinin 102.2-ci maddəsində nəzərdə tutulan 400 manat güzəştdən azdır. Amma Vergi Məcəlləsinin 102.5-ci maddəsi üzrə güzəşt Vergi Məcəlləsinin 102.7-ci maddəsində qeyd edilmədiyi üçün o, hesablamlarda nəzərə alınacaq.
İşçinin gəlir vergisi =  (2 000 manat – 400 manat (müharibə əliliyi ilə bağlı Vergi Məcəlləsinin 102.2-ci maddəsi üzrə güzəşt) – 50 manat (Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər olmasına görə 50 manat) – 200 manat (Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi üzrə güzəşt)) x 14 faiz = 189 manat.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər