Hüquqi şəxs əldə etdiyi borc üzrə hansı hallarda Mərkəzi Bankın göstəricisi əsas götürülür?

Hüquqi şəxs əldə etdiyi borc üzrə hansı hallarda Mərkəzi Bankın göstəricisi əsas götürülür?

Satışı davam edən "PMS Sertifikatı (II sertifikatı" - II nəşr kitabından 10 ballıq tapşırıqlarla bağlı izahdan seçmə

Gəlirdən çıxılması məhdudlaşdırılan xərclərə isə əsas vəsaitlərin amortizasiyası və təmiri, həmçinin  xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləğini misal göstəmək olar. Amortizasya və təmir xərcləri ilə bağlı geniş məlumat verəcəyimizi nəzərə alaraq əvvəlcə faiz xərclərini nəzərdən keçirək.
Misal. Hüquqi şəxs qarşılıq surətdə əlaqə olan digər hüquqi şəxsdən bir il müddətinə 50 000 manat borc götürüb. İllik faiz dərəcəsi 21 faiz olduğu üçün hesablanan faiz  məbləği 10 500 manat (50 000 manat x 21 faiz) təşkil edib. Vergi Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Fərz edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsi 9 faiz olub. 
Bu zaman artıq gəlirdən çıxılmasına icazə verilən faizin tavan həddi 11,25 faiz (9 x 125 faiz) olur. Hesablanan faiz məbləğini tapmaq üçün 50 000 manatı 11,25 faizə vurduqda, gəlirdən çıxılan xərci 10 500 manat yox, 5 625 manat (50 000 manat x 11,25 faiz) olduğunu müəyyən edirik. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - II nəşr Test və tapşırıqlar toplusu - 2023-cü ilin sentyabr ayında dərc olunub

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər