Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

Topdansatış ticarətdə diqqət yetiriləsi 5 vacib məqam hansıdır?

  • Əsas səhifə
  • Nəşrlər
  • 0 Komment
  • 17 May 2023

Topdansatış ticarətdə diqqət yetiriləsi 5 vacib məqam hansıdır?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 13.2.63 -cü maddəsi və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası”na əsasən, topdansatış ticarət dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti başa düşülür.
Topdansatış ticarət fəaliyyətini pərakəndə ticarətdən fərqləndirən cəhətlər aşağıdakılardır:
1) Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. 
Vergi Məcəlləsinin 218.5.9-cu maddəsi ilə bu fəaliyyətə belə bir məhdudiyyət qoyulub. Yəni dövriyyəsindən asılı olmayaraq topdansatış fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər müvafiq olaraq mənfəət və ya gəlir vergisi ödəyicisidirlər. 
Həmin fəaliyyət üzrə ardıcıl 12 aylıq dövriyyə 200 000 manatdan yuxarı olduğu halda vergi ödəyicisi məcburi ƏDV qeydiyyatına alınmalıdır. 
Nəzərə alsaq ki, topdansatış fəaliyyəti üzrə dövriyyələr yüksəkdir, bu fəaliyətlə məşğul olan əksər vergi ödəyiciləri ƏDV ödəyicisi kimi fəaliyyət göstərirlər. Qeyd edək ki, 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduğu halda da, topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxslər də könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına malikdir.
Təbii ki, topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları məhdudlaşdırıldığı üçün 12 aylıq dövriyyə 200 000 manatdan aşağı olduqda mənfəət və ya gəlir vergisi ödəyicisi olacaqlar. Sadəcə, dövriyyəyə görə ƏDV öhdəliyi məcburi olmayacaq.
2) Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi məhdud dövriyyəli topdansatış fəaliyyəti ilə məşğul ola bilər.
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əlavə edilən 218.6.1-ci maddəyə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır. 
Mİsal.  Pərakəndə satışla məşğul olan fiziki və ya hüquqi şəxs vergi ödəyicisinin 2020-ci ilin 1-ci rübü ərzində təqdim etdiyi malların ümumi məbləği 40 000 manatdır. Vergi ödəyicisi rüb ərzində cəmi 15 000 manatlıq malı hüquqi və fiziki şəxslərə elektron qaimə-faktura vasitəsilə təqdim edib. Elektron qaimə-faktura ilə təqdim olunan malların xüsusi çəkisi 37,50 faiz manat ((15 000 manat/40 000) x 100 faiz) olduğu üçün vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. O, artıq məcburi olaraq gəlir (mənfəət) vergi ödəyicisi kimi qeydiyyata alınmalıdır.
3) Topdansatış ticarət fəaliyyətində malların alıcıya satışı (təqdim edilməsi) sahibkarlıq fəaliyyəti məqsədləri üçündür. 
Hər hansı vergi ödəyicisinin təqdim etdiyi mallar alıcının sahibkarlıq fəaliyyəti məqsədi üçün istifadə olunursa, bu topdansatış ticarət fəaliyyəti hesab olunur. Tərifdən göründüyü kimi bu fəaliyyət üzrə malların təqdim olunmasında say baxımından tələb yoxdur. Bu malların sayı 2 və ya 1 000 ədəd də ola bilər.
4) Əhaliyə malların satışı topdansatış ticarət anlamı verə bilməz. 
Birincisi, əhali malları sahibkarlıq fəaliyəti üçün yox, son istehlak məqsədilə əldə edir, ikincisi isə topdansatış ticarət fəaliyyəti zamanı mallar yalnız elektron qaimə-faktura vasitəsilə təqdim olunmalıdır. Əhali vergi ödəyicisi olmadığı üçün onlara elektron qaimə-faktura göndərilə bilməz. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olan şəxs paralel olaraq pərakəndə ticarət fəaliyyəti ilə məşğul ola bilər. Amma qaydalara əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılmalıdır.
5) İstehsal fəaliyyəti ilə məşğul olan şəxslərin öz mallarını təqdim etməsi topdansatış ticarəti anlamına gəlmir.

Vergi Məcəlləsinin 13.2.55-ci maddəsinə əsasən, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi ticarət fəaliyyəti hesab olunmur.
Misal. Vergi ödəyicisi tum istehsalı ilə məşğul olur və malları topdansatış qaydasında vergi ödəyicilərinə təqdim edir. Vergi ödəyicisinin satış üsulu topdansatış olsa da, malları özü istehsal etdiyi üçün artıq onun fəaliyyəti topdanatış yox, istehsal sayılır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023 - YENİ

2. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023

3. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

4. Əmək Qanunvericiliyi Toplusu 2023

5. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

6. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

7. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

8. Mühasibat uçotu 2022

9. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    25 Noyabr 202510:50

    Nicat İmanov: "Yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir"

    Populyar məqalələr

    19 Noyabr 202523:47

    Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?

    28 Oktyabr 202515:09

    ƏLA YENİLİK! İşəgötürən işçi ilə bağlı digər sənədləri də ƏMAS altsistemində imzalatdıra biləcək

    21 Noyabr 202510:15

    ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək

    17 Noyabr 202512:01

    Mehdi Babayev Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Vergi işi

    Nicat İmanov: "Yeni təklif edilən rejim kifayət qədər aşağı, sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək həddədir".

    • 25 Noyabr 2025

    Məqalələr

    YENİLİK! ƏMAS altsistemində məlumat daxil edilməyən bəzi bölmələr əmək müqaviləsində avtomatik deaktiv olunur.

    • 21 Noyabr 2025

    Xəbərlər

    ƏMAS altsistemində YENİLİKLƏR! İşəgötürən işçinin faktiki ünvanını yeni qaydada daxil edəcək.

    • 21 Noyabr 2025

    Məqalələr

    Nazirlər Kabineti ilin sonundakı iş və istirahət günlərinin yerini dəyişdirəcək?.

    • 19 Noyabr 2025

    Maliyyə

    Mehdi Babayev Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib.

    • 17 Noyabr 2025

    Sosial

    YENİ NƏŞR! Faiq Abdullayevin müəllifliyi ilə “Mühasibat Uçotu Praktiki tətbiqi və nəzəri təhlili” kitabı dərc olunub.

    • 17 Noyabr 2025

    Vergi işi

    Dövlət Vergi Xidməti rəisindən Şahin Məmmədov və Günel Bəhramqızına yüksək etimad.

    • 14 Noyabr 2025

    Məqalələr

    DİQQƏT! İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunanların siyahısı genişləndirilir.

    • 07 Noyabr 2025

    Vergi işi

    Millət vəkili Vüqar Bayramov: "Hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilsin".

    • 06 Noyabr 2025

    Vergi işi

    Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli: "Biz tərəziyə qoyub seçim etməliyik ki, özəl sektoru dəstəkləmək daha vacibdir, yoxsa dövlət sektorunu".

    • 06 Noyabr 2025

    Sosial

    Sahil Babayev: "Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur".

    • 04 Noyabr 2025

    Vergi işi

    Mikayıl Cabbarov: "Əmək haqqıların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı sənəd vahid mövqeyi əks etdirir".

    • 04 Noyabr 2025

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur