Operativ vergi nəzarəti zamanı POS-terminalların olub-olmaması yoxlanıla bilər?

Operativ vergi nəzarəti zamanı POS-terminalların olub-olmaması yoxlanıla bilər?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlərə aid edilib. 
1 yanvar 2020-ci ildən POS-terminallarla bağlı maliyyə sanksiyası tətbiq edilir. Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilən “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır:
- Dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- Dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- Rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
- Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
- Vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.
Vergi orqanının vəzifəli şəxsi ödənişlərin plastik kartlarla aparılması üçün POS-terminalın tətbiqi nəzərdə tutulduğu halda nəzarət aparılan obyektdə belə ödəniş vasitəsinin quraşdırılmadığını aşkar edildikdə və ya təsərrüfat subyektində quraşdırılmış POS-terminal nasaz olduqda və ya plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktları müəyyən edildikdə alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə POS-terminaldan operativ yaddaşın “Z” hesabatı alınır, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır.
Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə  görə vergi ödəyicisinə:: 
- Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
- Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;  
- Təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Mİsal 1. Vergi yoxlaması zamanı məlum olur ki, iri supermarketdə POS-terminal quraşdırılmayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 58.7-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq ediləcək.
Mİsal 2. Vergi ödəyicisi iri ticarət məntəqəsində POS-terminallar quraşdırsa da, ödənişi kartla etmək istəyən alıcıdan vəsaiti nağdsız qəbul etmir. Bu halda da vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq maliyyə sanksiyası tətbiq ediləcək.

 Satışda olan YENİ nəşrlərimiz:

0 Komment

    Şərh yazın

    Xəbərlər