Vergi Məcəlləsində hansı maddə vergi ödəyiciləri üçün narazılıq yaradır?

Vergi Məcəlləsində hansı maddə vergi ödəyiciləri üçün narazılıq yaradır?

Oxucumuz Rauf Qarayevin fikrincə, daşınmaz əmlakla bağlı bu maddə daha konkretləşdirilməlidir

Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.

Fikrimcə, Vergi Məcəlləsinin 14-cü maddəsində bir-birini təkzibedən məsələlər var:

Misal: A şəxsin əmlak var. B şəxslə müqavilə bağlayır. Məbləğ təyin olunub və razılaşdırılıb və natarusda təstiq olunur. Vergi orqanının  əməkdaşları bildirir ki, bəs A şəxs tələbləri pozub. Sual yaranır hansı tələbləri? Qiymət bazar qiymətinə uyğun tənzimlənməli idi.

Vergi Məcəlləsinin 14-cü maddəyə baxdıqda bir əsər yazmaq olar. Açıq şəkildə məsələni nə qədər çək-çevir etsin haradasa yenə də razılaşmamaq üçn bir maddə var. Bu maddə isə mübahisə predmetidir.

Fikrimizcə, daşınmaz əmlakın icarə haqqının üzrə bazar qiyməti müəyyənləşdirilməsi üçün konkret qayda və ya Məcəllədə ayrıca maddə olmalıdır. Cünki, bu məsələ vergi ödəyiciləri ilə vergi orqanları arasında tez-tez mübahisə yaradan haldır

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər