ELEKTRON QAIMƏ-FAKTURA ilə bağlı bilməli olduğumuz 7 VACİB MƏSƏLƏ

ELEKTRON QAIMƏ-FAKTURA ilə bağlı bilməli olduğumuz 7 VACİB MƏSƏLƏ

Hansı tip vergi ödəyicilərinə elektron qaimə-faktura olmadıqda MALİYYƏ SANKSİYASI TƏTBİQ EDİLMİR?
 
Bildiyimiz kimi, 01 yanvar 2018-ci il tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. 
Mks.az saytı həmkarlarımızın işini asanlaşdırmaq məqsədilə aşağıdakıları bildirir:
 
1) İstifadəçi kodu, şifrə və parolla elektron qaimə-fakturanı göndərmək mümkündür?
 
Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.  İstifadəçi kodu, şifrə və parolla göndərmək mümkün olmur.
 
2) Vətəndaşlara (VÖEN-i  olmayan şəxslərə) göstərilən xidmət və ya malların satışı zamanı elektron qaimə-faktura verilməlidir?
 
VÖEN-i olmayan  malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. 
 
3) Elektron  qaimə-faktura  qarşı tərəfə təqdim edilməsi hər bir əməliyyat üzrə olmalıdır?
 
İki tərəf arasında göstərilən xidmət müntəzəm və ya daimi əsasda göstərilirsə, bu zaman  həmin xidmətlərə görə alıcılara hər ayın yekunları üzrə göstərilən xidmətlərin ümumi dəyərinə elektron qaimə-faktura təqdim edilməlidir.
 
4) Elektron qaimə-fakturanı qarşı tərəf təsdiq etməsə, bu necə tənzimlənir?
 
Nazirlər Kabinetini 89 saylı, 14 mart 2017-ci il tarixli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 3.9-cü bəndinə əsasən,  ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. 
 
5) DƏQİQLƏŞDİRİLMİŞ Elektron qaimə-faktura hansı hallarda hazlırlanır?
 
Elektron qaimə-fakturanın dəqiqləşdirilməsi o zaman həyata keçirilir ki, o təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar üzə çıxsın. Başqa sözlə, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən əməliyyat qismən ləğv edildikdə, o cümlədən mal qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlər aşağı düşdükdə və s. hallarda qiymətləndirmə bazasında dəyişikliyın baş verdiyi hesabat dövründə dəqiqləşdirmə aparılır.
Bu məsələ diqqət yetiriləsi məsələ odur ki, digər  elektron qaimə-fakturadan fərqli olaraq, dəqiqləşdirilmiş elektron qaimə-faktura “Alıcı” tərəfindən ayın sonuna kimi təsdiq edilməzsə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır
 
6) Elektron qaimə-faktura olmadıqda kimə və hansı vergi yoxlaması zamanı maliyyə sanksiyası tətbiq olunur?
 
Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədlərdən ən azı biri olmadıqda  malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – 
alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, 
ikinci dəfə yol verdikdə 20 faizi, 
üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi, maliyyə sanksiyası  elektron qaimə-faktura təqdim etməli olan yox, təhvil almalı olan vergi ödəyicisinə tətbiq edilir. Cünki, qeyd edilən 3 sənəddən (malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ) ən azı biri olmadıqda artıq həmin malların dəyərinə maliyyə sanksiyası təqdim edilir.
 
6) Xidmət sektoru üzrə elektron qaimə-fakturaya görə Maliyyə sankiyası da tətbiq edilir?
 
 Vergi  Məcəlləsinin 58.8-ci maddəsindən anlaşılır ki, Vergi Məcəlləsində  Vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim edilməməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmayıb.
 
 

0 Komment

    Şərh yazın