Vergilər Nazirliyinin işə qəbul prosesində hansı çatışmazlıqlar var?

Vergilər Nazirliyinin işə qəbul prosesində hansı çatışmazlıqlar var?

Oxucumuz Rauf Qarayevin bu prossesə baxışı

Dəyərli Oxucumuz Rauf Qarayev Vergilər Nazirliyinin son dövrlər keçirdiyi imtahanlarla bağlı öz qeydlərini oxucularımızla bölüşür:

Müsabiqə zamanı Əsasnamədən kənar sənədlər

Bu ilin 28 yanvar 2017-ci il tarixində test mərhəsindən 2889 nəfərdən 2 nəfər uğur qazandı. Axının qarşısını almaq üçün aprel ayındakı imtahana ərizə zamanı tibbi arayış məsələsini ortaya atdılar. Bunu da qəbulla bağlı əsasnamə ilə əlaqələndirdilər. Qeyd edim ki, 2016-cı ilin dekabrda ayında, yanvar ayında keçiriləcək müsabiqə üçün sənəd qəbulunda bu məsələ yox idi. Nə qədər müraciətlərə baxmayaraq yenə də əsasnaməni əsas gətirirdilər. İndi də sənəd qəbulu davam edir. VN sənəd qəbulu ilə bağlı əsasnaməsində göstərilməyən hissəni pozur. Əsasnamədə 1-ci mərhələdə yalnız tibbi arayış təqdim oluna bilinər qeyd olunub. VN əlavə Məhkumluğun olub-olmaması haqqında arayış və Narkaloji dispanserdən şəxsin orada uçotda olub-olmaması barədə arayışın təqdim olunmasını tələb edirlər. Halbuki, bu 2 arayış haqqında müsabiqə mərhələsi üçün heç bir punkt qeyd edilməmişdir.

Son müsabiqə ilə bağlı fərqli və bir birini təkzib edən addımlar

Sonra ixtisaslara məhdudiyyət qoydular. Amma 25 dekabrdan o məhdudiyyəti də götürdülər. Nə səbəbə? ... Üstəlik saytda qoyulan 20 dekabr son gündür hissəsi 30 dekabra kimi uzadıldı. Bundan əlavə 28 yanvarda qeyd edilən imtahan məsələsinə tam aydınlıq gətirilməyib. Ola bilər uzansın söhbəti var.  Bu yaxınlarda məsələ qalxıb, bir başa müsahibəyə giriş. Bunu da peşakrlıq səviyyəsi yüksək olan kadrın bir başa müsahibəyə buraxılması üçündür. Şəxs əgər həqiqətən də peşakardırsa və müsabiqədən keçə bilmirsə o necə müsahibə mərhələsindən keçəcək?

Kadr siyasətində işçiləri işlə təmin olunmasında subyektiv yanaşma

Ümumiyyətlə Vergilər Nazirliyinin kadr siyasətində bir çox çatışmazlıqlar var. Bakı şəhərində yaşayan şəxsi ucqar rayona göndərilməsi aktualdır. Namizəd test və müsahibə mərhələsindən keçsədə onun harda işləyəcəyi yerdə məlum deyil. Bu qərar 3-4 gündən sonra Vergilər Nazirliyinin kadr siyasəti ilə məşğul olanlar tərəfindən verilir. Əgər şəfaflıq varsa niyə açıq şəkildə harda boş yer var, onu elan verəndə qeyd etmirlər. Boş olan yerləri niyə gizlədillər? Bakı şəhərinə işləmək üçün müsahibədən keçib uğur qazanmaq, çox çətindir. Bunun üçün yenə son qərarı Vergilər Nazirliyi verir. Son 1 ildə əksər sənəd verənlər, hamısı bölgələrə göndərilib. Kadr siyasətində yüksək dərəcə xarici dil bilmək səviyyəsi üstünlüklərini qeyd edilər. Vergilər Nazirliyində çalışacaq şəxsin yüksək səviyyədə dil bilməsi, rayon yerinə göndərilirsə nə dərəcədə düzgündür? Bölgədə yüksək səviyyədə dil bilməyin ərazi vergilər idarəsinə nə üstünlüklər verəcək?

 Ümid edirəm ki, yuxarıdakı problemlər öz həllini gələcəkdə tapacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər