İŞÇİNİN TELEFON XƏRCLƏRİNDƏ LİMİTDƏN ARTİQ DANIŞIĞIN VERGİ MƏSƏLƏLƏRİ

İŞÇİNİN TELEFON XƏRCLƏRİNDƏ LİMİTDƏN ARTİQ DANIŞIĞIN VERGİ MƏSƏLƏLƏRİ

Ekspertimiz Altay Cəfərov bu məsələlərə aydınlıq gətirdi
 
Sual: Salam. Mənə bir məsələ maraqlıdır. Vergilərdən aldığım cavab məni qane etmədi. Xahiş edirəm, bunu müzakirəyə çıxarardınız. Keçək suala. Müəssisənin operatorlardan biri ilə müqaviləsi var. Operator müəssisənin işçilərinə korporativ nömrələr təklif etməklə münasib tariflərlə xidmət göstərir. Hər ay xidmət ölçüsünə görə operator müəssisəyə invoys göndərir. Müəssisə isə tam ödəniş edir. Lakin müəssisədaxili limitlər mövcuddur ki, o limiti aşan əməkdaşların əmək haqqısından limiti keçdiyi qədər məbləğ tutulur. Dolayısı ilə desək, operator müəssisəyə 2000 azn məbləğində faktura vurubsa, bunun 1800-ü müəssisənin, 200-ü isə işçinin cibindən çıxır. Müəssisə ədv ödəyicisidirsə, belə olan halda 2000 azn məbləğin ədv-ni nə cür əvəzləşdirməlidir? Əvvəlcədən təşəkkürlər!
 
Cavab: Sual çox maraqlı və praktikada tədbiq olunan təsərrüfat əməliyyatıdır.Bəli həqiqətən də bir çox təşkilatlar koorporativ nömrələr alır və həmin nömrələri işçilərinə verərək, telefon danışıqlarına limitlər tədbiq edirlər.Bu əməliyyatla bağlı ƏDV-sinin tam əvəzləşdirilməsinin və ya müəyyən hissəsinin əvəzləşdirlməsi ilə bağlı AR Vergi Məcəlləsinə baxmalıyıq.
Məcəlləsinin  175-ci maddəsində yazılmışdır.
Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.
Deməli maddədən aydın olur ki, ƏDV-si ödəyicisi birbaşa və ya dolayısı xərclərlə bağlı ƏDV-sini tam əvəzləşdirə bilər, sadəcə həmin xərclər kommersiya fəaliyyəti ilə bağlı olmalıdır.Telefon xərcləri gəlirdən çıxılan xərclərdir.Amma sual meydana çıxır ki, telefon danışığı xərcləri təsərrüfat subyektinin kommersiya xərcləridirmi? 
Bundan əlavə məsələnin mahiyyətinə də baxmalıyıq.Təsərrüfat subyekti işçisinə telefon danışığı ilə bağlı limit qoymuşdursa, deməli həmin təsərrüfat subyekti müəyyənləşdiirilmişdir ki, onun gəliri ilə bağlı telefon xərcləri konkret limit daxilindədir, ondan artıq olan telefon danışıqları ilə bağlı xərclər işçinin şəxsi danışıqlarıdır və 175-ci maddəyə görə şəxsi danışıqlar olduşuna görə də gəlirdən çıxıla bilməz.Şəxsi danışıqlar olduğuna görə də işçidən tutulur və ya onun tərəfindən ödənilir.Şəxsi danışıqlar da kommersiya fəaliyyəti ilə bağlı olmadığından onun ƏDV-si əvəzləşdirilə bilməz.
İkinci bir hal kimi isə limitdən artıq xərc həqiqətən ola bilər ki, işçinin şəxsi danışıqları olmasın və şirkətin kommersiya fəaliyyəti üçün istifadə olunsun.Belə olan halda sual meydana çıxır ki, nəyə görə limit qoyulmuşdur və nəyə görə işçidən tutulur.Əgər limit qoyulmuşdursa, gəlirdən çıxılan hissə limit daxilində olmalıdır.
Üçünçü hal kimi nəzərə alaq ki, bütün 2000 manat xərcə yazılır və 200 manat işçidən tutulur və belə olan halda 200 manat gəlir kimi uçota alınmalıdır.Yəni 2000 manat xərc, 200 manat gəlir və fərq 1800 manat müəyyənləşir.
Hər üç halda sualda qeyd etdiyiniz kimi 2000 manatın ƏDV-sini əvəzləşdirsək, işçidən tutulan 200 manatın ƏDV-sini isə dövrüyyə kimi hesabatda göstərilməlidir.Yəni son olaraq 1800 manatın ƏDV-si əvəzləşəcəkdir.Ona görə ki, 200 manatı gəlir kimi işçidən artıq alırıq, onu ƏDV-si hesabatda əks olunmaldıır.Amma bir məqamı deyigörüm ki, ƏDV-sinin hesabatinda  2000 manat əvəzləşdirmək və 200 manat dövrüyyə kimi göstərilmək yaxşı hal deyildir, ona görə telefen xidmətini göstərmək üçün lisenziya lazımdır, işçidən probıemlər tutlan 200 manat şirkətin işçiyə telefon xidməti göstərilməsi kimi nür.Bu da yaradan haldır.Odur ki, yaxşı olardı ki, hesabatda əvəzləşdirilən kimi ancaq 1800 manat əks olunsun.
Ümüdvaram sualınızı cavablandıra bildim.
 

0 Komment

    Şərh yazın