Mks.az-dan 2021-ci il üçün son tematik təlim: “İşçinin məzuniyyət hüququ: A-dan Z-yə”

Mks.az-dan 2021-ci il üçün son tematik təlim: “İşçinin məzuniyyət hüququ: A-dan Z-yə”

Dəyərli HR mütəxəssisləri, inanırıq ki, bu tematik təlimdən sonra bütün növ məzuniyyətlərlə bağlı tərəddüd etdiyiniz məsələ qalmayacaq!

 “İşçinin məzuniyyət hüququ: A-dan Z-yə” mövzusunda keçiriləcək təlimin təqdimat hissəsində müzakirə ediləcək məsələlərin siyahısı 

  1. İşəgötürən əmək məzuniyyətinin növbəlilik cədvəlini tərtib etməzsə, işçi məzuniyyət ərizəsi yazmadığı üçün ona intizam tənbehi tətbiq oluna bilər?
  2. 30 gün əsas, 8 gün əlavə məzuniyyət hüququ olan işçi iş ilinin 6 ayından sonra 20 günlük məzuniyyət hüququndan istifadə edərsə, məzuniyyət dövrünə 4 günlük əlavə məzuniyyət daxil etmək olar?
  3. İşçinin məzuniyyətinin əmsallaşdırılması zamanı iş vaxtından artıq işə görə ödəmə və ya əvəzəetməyə görə ödənilən haqq da əmsallaşdırılmalıdır?
  4. Məzuniyyətdə olan işçinin əmək şəraiti dəyişdirilə bilər? Məsələn, məzuniyyətdə olan işçinin əmək haqqının artırılması qanunvericiliyə uyğundur?
  5. İşçi iş ilində məzuniyyət hüququndan hissə-hissə istifadə edib, lakin heç bir halda istifadə etdiyi məzuniyyət müddəti 14 gün olmayıb. Fakt aşkarlanarsa, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənə inzibati cərimə tətbiq edə bilər?
  6. İşəgötürən işçinin əmək müqaviləsində nəzərdə tutmaqla, qısa və ya uzun müddətli məzuniyyət dövrləri üçün ödənişi əmək haqqı ilə eyni vaxtda ödəyə bilər?
  7. Məzuniyyətin əmsallaşdırılması prosesi necə həyata keçirilir? Öncəki 12 ayda əmək haqqı kütləvi artım nəticəsində yüksələn işçiyə sonuncu əmək haqqı nəzərə alınmaqla, məzuniyyət hesablanması qanunvericiliyə uyğundur?
  8. İşçi 2018-ci ildə işə daxil olsa da, ilk iş ili üçün əmək məzuniyyəti hüququndan istifadə etməyib. 2020-ci ildə, yəni üçüncü iş ilində istifadə edilən əmək məzuniyyətini ikinci iş ilinə aid etmək olar?
  9. İşçi 2021-ci ilin fevral ayında işə qəbul olunub, 2022-ci ilin yanvar ayında tam məzuniyyət hüququndan istifadə edib və ərizə yazıb ki, fevral ayında da yeni iş ili üzrə məzuniyyət hüququndan istifadə etmək istəyir. İşəgötürənin ona ikinci iş ili üzrə məzuniyyət hüququndan istifadə imkanı yaratması əmək qanunvericiliyinə uyğundur?
  10. Konstitusiya Məhkəməsinin qərarı bütün əlavə məzuniyyətlərə şamil edilir?
  11. Özəl şirkətlərdə rəhbər vəzifəsində çalışan işçilər necə müəyyən edilir?
  12. Hansı işçilər mütləq mütəxəssis hesab edilir ki, onlara 30 gün məzuniyyət hüququ müəyyən olunur?
  13. İşçi ilk iş ilində 7 ay işlədikdən sonra 30 günlük əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşəgötürənin iş ilinin tam bitmədiyini əsas gətirərək işçiyə 30 gün əmək məzuniyyəti verməməsi əmək qanunvericiliyinə uyğundur?
  14. İş ilinin 4-cü ayında işçinin əmək stajının 5 ili tamam olur, bu halda staja görə əlavə məzuniyyət həmin iş ilinə tam, yoxsa mütənasib olaraq götürülür?
  15. Pedaqoji fəaliyyətlə məşğul olan iki işçinin birinin iş stajı 30 il, digərininki isə 3 ildir. Hər iki işçi üzrə məzuniyyət 56 təqvim günü müəyyən edilməlidir, yoxsa staj müddətinə görə fərqli yanaşma olmalıdır?
  16. İşçi hamiləliyə görə analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə 5 gün gec təqdim edib. Bu halda müavinət hesablanmasına hansı tarixdən başlanacaq?
  17. Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən, Ali təhsil müəssisələrininqiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, qalan kurslarda 40 təqvim günü, orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və ikinci kurslarda 20 təqvim günü, digər kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. İşçi həmin məzuniyyət dövrünü tədris ili ərzində iki yerə bölməklə istifadə edə bilər?
  18. Analıq məzuniyyətinə çıxmalı olan işçi doğuşdan əvvəl 70 təqvim günü işləmək istəməsi haqqında işəgötürənə müraciət edib. İşəgötürənin həmin müraciəti müsbət cavablandırması əmək qanunvericiliyinə uyğundur?
  19. 3 gün işə gəlməyən işçi sonradan həmin günlər üçün ödənişsiz məzuniyyətə çıxması haqqında ərizə verib. Ərizədə qeyd edib ki, həmin tarixlərdə atasının xəstələnməsi ilə əlaqədar işə gəlməyib. İşəgötürən həmin ərizəni qəbul etməyə borcludur?
  20. Məzuniyyətdən geri qayıdan işçiyə istifadə etmədiyi günlərə görə kompensasiyanın verilməsi qanuna uyğundur?
  21. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Tam ay işləməyən işçilərə məzuniyyət haqqı hesablanması mümkündür?
  22. Əmək Məcəlləsinin 140-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. İşçinin məzuniyyət başladığı günədək gəlmədiyi dövrə əmək haqqı hesablanmalıdır, yoxsa fərqli yanaşma tətbiq edilir?
  1. İş ili bitən kimi işçiyə əmək məzuniyyəti əvəzinə istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyə uyğundur?
  2. İşəgötürən işçinin məzuniyyət ərizəsi yazmamasını əsas gətirirək ona əmək məzuniyyəti əvəzinə kompensasiya verib. Bu hal əməyin mühafizəsinin pozulması kimi qiymətləndirilə bilər?
  3. Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. “Digər növlər” dedikdə, hansı məzuniyyətlər nəzərdə tutulur?
  4. Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən bəzi işçilərin istifadə etmək hüququ var. Burada “əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan” dedikdə, nə başa düşülür?
  5. 5 ildir ki, işçininin əmək məzuniyyəti səhvən 30 gün əvəzinə 21 gün müəyyən edilib. Bu yanlışlıq necə aradan qaldırılmalıdır? 5 il öncəki dövrün verilməyən məzuniyyət günü qalıqları verilməlidir, yoxsa 30 günlük məzuniyyət qərarı səhvin aşkar edildiyi tarixdən tətbiq olunmalıdır?

 

Təlimin tarixi: 18 dekabr 2021-ci il, saat 15:00

Keçiriləcəyi yer: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər