Dosta səhvlərini onun xətrinə dəymədən çatdırmaq barədə: “Sendviç” üsulundan istifadə et”

Dosta səhvlərini onun xətrinə dəymədən çatdırmaq barədə: “Sendviç” üsulundan istifadə et”

- Leyla xanım bildirir ki, onunla bir müəssisədə işləyən rəfiqəsi Ülkər həmişə hesablamalarda məsuliyyətsizlik edir. Buna baxmayaraq Leyla xanım Ülkərin savadlı və o öz səhvlərini düzəltmək iqtidarında olduğunu da vurğulayır. Leyla xanım məsləhət istəyir:Ülkərlə necə söhbət edim ki, xətrinə dəymədən ona bu çatışmazlığını aradan qaldırmaqda yardım göstərim.

- Leyla, kaş ki, indi bir yerdə oturub səninlə bu haqda söhbət edə biləydim. Mənim sən dən soruşmaq istədiklərim var. Bilmək istəyirəm: İş yoldaşın Ülkərlə münasibətləri hansı müstəvidə qurmaq sənə maraqlıdır? İş yoldaşından əlavə o, həm də sənin dostundurmu? Sən ona kömək etmək istəyirsən ki, işlərini daha yaxşı yerinə yetirsin və özünü daha yaxşı hiss eləsin? Onun səhvləri sənin işinə təsir göstərirmi və yaxud da sənin işinin keyfiyyətini aşağı salırmı? Onun səhvlərini düzəltməli olursanmı? Əgər belədirsə, bu hal nəticə etibarilə sənin işini daha da artırır. Sizin bir-birinizə tabeçiliyiniz varmı? Ülkər etdiyisəhvlərə görə üzülürmü? Ümumiyyətlə, bu səhv lər onu narahat edirmi?
Məhz yuxarıdakı sualların cavablarından asılı olaraq bu problemin həlli yolunu müəyyənləşdirmək olar. Əgər o, özü davamlı şəkildə səhv etməsini problem kimi görürsə, demək, bu xüsusiyyətini dəyişmək istəyir. Bu halda problemlə bağlı verilən hər təklifə yaxşı baxacaq və müzakirə edib çıxış yolu axtaracaq. Yox əgər, buraxdığı səhvlər onu narahat etmirsə, bu zaman sənin üzərinə böyük bir yük düşəcək ki, onu buna inandırasan. Bu halda artıq Ülkərin səhv etməsi onun problem olmaqdan çıxır və çevrilib olur sənin problemin. Sən diqqətli olub işində xətalara yol verən adamla hansı tərzdə davranmağı müəyyənləşdirməlisən. Əgər o sənin dostundursa və səhv etdiyinin fərqinə varırsa, “sendviç” üsulundan istifadə etmək olar. Çalış söhbətinin əvvə lində və axırında müsbət yüklü, doğru ifadələr olsun və problemlə bağlı söhbəti ortaya sal. Deyirsən ki, onun təhsili var və bacarıqlı qızdır. Elə ona da belə deyə bilərsən.
Daha sonra, problem haqqında danış və rəfiqənə çatdırmağa çalış ki, onu narahat edən bu problem əslində səni də qayğılandırır. Sonra, ona inandığını de və bu istiqamətdə əlindən gələni etməyə hazır olduğunu söylə. Problemi həll etmək üçün ona bir yol göstər. Məsələn, problemi xarakterizə et və sonradan bütün mümkün həll yollarını sadala. Hətta ilk baxışda axmaq fikir kimi görünən həll yollarını da. Sonra ən yaxşı hesab etdiyiniz həll yolunu sınaqdan keçirin və nəticələri qiymətləndirin.
Əgər bu həll yolu gözlənilən nəticəni verməsə, digər yollara da baş vurun. Əgər Ülkər sənin iş yoldaşındırsa və onun səhvləri sənin işinə təsir göstərirsə, bu zaman onunla məsləhətləşmə aparmaq üçün ən yaxşı metodu seçməlisən. Problemi formalaşdırıb çatdıran zaman diqqətli olmalısan, riskləri və üstünlükəri düzgün qiymətləndirməlisən. Yalnız bunlardan sonra digər kanallardan istifadə edə bilərsən. Əlbəttə ki, əgər o, sənin tabeçiliyində olan işçidirsə, bu zaman üzərinə peşəkar məsuliyyət düşür ki, problemi açıqlayasan və bunu aradan qaldırmaqda ona kömək göstərəsən.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər