Uğursuzluq barədə: “Qorxunu üstələmək üçün onu başa düşmək lazımdır”
- Oxucumuz Rövşən Rəhimov bildirir ki, bir iş görərkən hər zaman onun alınmayacağıı haqda düşünürək narahatçılıq yaşayıram. Bu hiss məni tərk etmir. Necə edə bilərəm ki, hansısa işimin alınmaması məni incitməsin?
Səni narahat edən qorxunu üstələmək üçün, ilk öncə onu başa düşmək lazımdır. Cəhdlərinin uğursuz alınmasının sənin üçün nə demək olduğunu bir yerə yaz. Əgər sən düşünürsən ki, bu sənin həyatının alt-üst olmağı deməkdir, bu zaman bunu daha da konkretləşdirməyə çalış. Məsələn, sən bunun nəticəsində reputasiyanımı itirəcəksən, yoxsa, öz sevdiklərinimi məyus edəcəksən? Və yaxud da sən hesab edirsən ki, əgər sənin cəhdin uğursuz alınırsa, bu sənin uğursuz adam olmağın deməkdir? Səni qorxu altında saxlayan bu tipli bütün mesajları aydınlaşdırmaq lazımdır. Keçmişdə baş vermiş arzuolunmaz hadisələrdən (məsələn, psixoloji travma, itki, və sair) və digər insanlardan aldığın mənfi mesajlar indiki vəziyyətin ilə bağlı düşüncələrinə təsir göstərir. Və bütün bunlar insanın uğursuzluqdan qorxmasına gətirib çıxarır. Unutma ki, keçmişdə olan bu kimi hadisələrin indi heç nəyə heç bir dəxli yoxdur. Uğursuzluq məsələsinə başqa bir perspektivdən baxaq. Sənə kömək göstərmək üçün bəzi fikirlərimi bölüşmək istəyirəm. Uğursuzluq heç də hər şeyin bitməsi demək deyil. Əksinə, uğura aparan prosesin bir tərkib hissəsidir. Uğursuzluq o zaman son nöqtəyə çevrilir ki, sən məğlubiyyəti qəbul edirsən və bir daha cəhd göstərmirsən. Bundan başqa, uğursuzluq bir hadisədir və insanla bağlı deyil. Əlbəttə ki, insanı etdiyi hərəkətlərdən ayrı təsəvvür etmək çox çətindir. Amma bu məsələyə bir də başqa prizmadan baxmağa çalışaq. Əgər layihə uğursuzluğa uğrayırsa, ona belə yanaşmaq lazımdır ki, layihə sadəcə alınmadı.
Baxmayaraq ki, onu həyata keçirməyə çalışan şəxs layihənin baş tutması üçün əlindən gələni edib. Belə bir uğursuzluqla qarşılaşan insan səhvlərindən öyrənməyə çalışacaq və növbəti dəfə uğur qazanmaq şanslarını artıracaq. Nə qədər qəribə səslənsə də, uğursuzluqların müəyyən üstün cəhətləri də var. Çünki hər bir uğursuzluq inkişaf etmək üçün imkan yaradır. İnnovativ düşünən insanlar məhz özlərində cəsarət toplayıb yeni ideyalarını sınaqdan keçirənlərdirlər. Və öz ideyalarını reallaşdıran zaman nə baş verir? Onlar yenə də uğursuzluğa uğrayırlar. Tomas Edisonun bir yaxşı fikri var, “Uğura gedən yolda uğursuzluğa uğradım.” Ona görə də gözlənilməz vəziyyətlərə hazır olmaq üçün özün üçün plan hazırla. Amerikada belə bir deyim var: İşini qoru. Uğursuzluğa düçar olmaq o demək deyil ki, sən hər şeyini itirməlisən. Özün üçün təhlükəsizlik şəbəkəsi yarat və daha sonra FƏALİYYƏTƏ BAŞLA. Özünə inamı artırmağın ən yaxşı üsulu fəaliyyətə başlamaqdır. Kiçik addımlarla başla, inan ki, uğursuzluq qorxusunu idarə olunan hala gətirəndən sonra özünəinamın daha da arta caq. Rövşən, sənə uğurlar!
0 Komment
Şərh yazın