İşçi yeni iş yerində özünü aparmalıdır ki, hörmət qazana bilsin?
Sual: Həmayət xanım isə öyrənmək istəyir ki, yeni işə düzəlmiş insan, işdə özünü necə aparmalıdırki bu nə artıq görsənsin, nədə buna görə hörmətdən düşməsin?
Cavab: Həmayət xanım, gözəl suala görə təşəkkür edirəm. Əgər sən bu məsələ ətrafında fikirləşməyə başlamısansa, bu o deməkdir ki, digər işçilərdən artıq bir addım irəlidəsən. Öz iş yoldaşlarına nəyə qadir olduğunu göstərməksındən asılıdır. Əgər söhbət məsələyə sırf işgüzarlıq baxımdan yanaşmaqdan gedirsə, onda iş yoldaşlarının hörmətinin qazanmağın ən yaxşı yolu işin yüksək səviyyədə yerinə yetirilməsidir. Amma işə təzə başyalan dövrdə bir müddət həyəcan keçirmək, bəzi bilikləri, işə aid müəyyən detalları unutmaq (hətta vanna otağını tapa bilməmək belə) normal hadisədir. Bu tip situasiyalarda səmimi olmaq lazımdır. Əgər nəyisə unut musunuzsa, bunu iş yoldaşlarından soruşmağa çəkinməyin. İşini lazımı səviyyədə görməklə iş yoldaşlarının hörmətini qazan maqdan əlavə, digər məsələlər də var ki, bu, prosesə öz təsirini göstərə bilər. Ən vacib məsələlərdən biri ilk təəssüratdir. Bunu bəzən “ilk təəssürat, son təəssürat” da adlandırılar. İşçilərin adlarını tez öyrənin, suallar verin, təşəbbüskar olun və s.
Sənin etməli olduqların və etmək istədiklərindən əlavə iş yoldaşlarının hörmətini qazanmaq üçün onların nədən xoşlarının gəlmədiyini öyrənmək çox vacib dir. Söhbət əsnasında belə məsələlərdə daha həssas olmaq lazımdır. Hər hansı bir söz-söhbətin, qiybətin bir hissəsi olmamağa çalışın. İnsan psixologiyası haqqında hamının bildiyi bir məsələ var ki, pisləmək,deyinmək asandır – amma məsələlərə təmkinlə yanaşmaq, düzgün şəkildə reaksiya vermək hər insanın işi deyil. Yeni iş yerində hansısa məsələ haqqında mühakimə yürütməyə tələsməyin. Bəzən hansısa məsələdə tələsik qərar verməklə qısa müddətli rahatlığa nail olmaq mümkündür. Amma bu rahatlığın ömrü uzun olmur, və yenidən problemlər başlayır.
0 Komment
Şərh yazın